25 Iyul 2021 00:19
1104
Təhsil
A- A+

ADAU-da “Sabahın kənd təsərrüfatı” yay məktəbi fəaliyyətə başlamışdır

 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar inkişaf könüllüləri” təşkilatının üzvü olan ölkəmizin və qardaş Türkiyəinin ali təhsil müəssisələrinin tələbələri üçün  “Sabahın kənd təsərrüfatı” yay məktəbinin açılışı olmuşdur.

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açdı. Bildirildi ki, “Aqrar inkişaf könüllüləri” təşkilatı ölkədə aqrar sektorun inkişafına ictimai dəstəyin nümayiş etdirilməsində, aqrar təhsilə marağın artırılmasında, gənc mütəxəssislərin ideyalarının praktiki olaraq reallaşdırılmasında və cəmiyyətin diqqətinin bu sahəyə yönəldilməsində müstəsna rol oynayır. Qeyd olundu ki, aqrar təhsilə diqqət və qayğı sayəsində gənclərin aqrar təhsilə marağının əhəmiyyətli dərəcədə artırılması, müasir aqrar gəncliyin formalaşması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər məhz sabahın kənd təsərrüfatının tələblərinə cavab verəcək mütəxəssislərin hazırlanmasına hədəflənmişdir. Bu baxımdan 19 ali təhsil müəssisəsinin  tələbələrinin iştirak etdiyi “Sabahın kənd təsərrüfatı” adlı yay məktəbinin əhəmiyyəti böyükdür.

Sonra müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri çıxış edərək yay məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturları nümayəndələrinin sabahın kənd təsərrüfatı, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, “Ağıllı kənd”, “Ağıllı kənd təsərrüfatı”, “Elektron kənd təsərrüfatı”, qlobal iqlim dəyişikliyi və onun aqrar sahənin inkişafına və ərzaq təhlükəsizliyinə təsiri, aqrar gənclik, aqrar təhsil istiqamətləri, habelə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında aqrar motivlərə dair dinləyəcəkləri mühazirələrdən əhəmiyyətli dərəcədə faydalanacaqlarını bildirmişlər.

Qeyd edək ki, iyulun sonunacan davam edəcək yay məktəbinin proqramı çərçivəsində iştirakçılar üçün Gəncə şəhərində Nizami Məqbərəsi və Nizami Gəncəvi Muzeyi, Heydər Əliyev Park-Kompleksi, “Zəfər Tağı”, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, İmamzadə dini kompleksi, Xan bağı, Avropa 2016-Gənclər Paytaxtı Parkı, Gəncənin Bayraq Meydanı, “Gəncəçay” park-bulvar kompleksi, Mirzə Şəfi Vazeh Muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, filarmoniya, “Xəmsə”S Parkı, Göygöl Milli Parkı, Qəbələ rayonunun görməli yerlərinə, aparıcı kənd təsərrüfatı müəssisələrinə  səfərlər də təşkil olunacaq.

 

S.ƏLİYEV, 

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video