11:23 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə Macarıstanın “Nailiyyət” ordeninə layiq görülüb
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:09 14.12.2020

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə Macarıstanın "Nailiyyət” ordeninə layiq görülüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, dekabrın 11-də Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ordeni Fariz İsmayılzadəyə təqdim edib.

Macarıstan Prezidenti Yanoş Aderin qərarı ilə təltif edilən F.İsmayılzadə Macarıstanın mədəni, təhsil, elmi və diplomatik əlaqələrinin genişləndirilməsində və möhkəmləndirilməsində əhəmiyyətli xidmətlərinə görə bu ordenə layiq görülüb.

ADA Universiteti Azərbaycan və Macarıstan arasında elmi əlaqələrin inkişafında vacib rol oynayır. Universitet Macarıstanın Dövlət Qulluğu Universiteti, "Pécs", "Debrecen", " ELTe" və "Corvinus" universitetləri də daxil olmaqla beş universitetlə əməkdaşlıq anlaşmaları imzalayıb. İndiyədək ADA-nın 41 tələbəsi bu əməkdaşlıqdan yararlanaraq tərəfdaş universitetlərdə təhsil alıb. 15 macar tələbə isə ADA Universitetində həm əyani olaraq, həm də mübadilə proqramında iştirak edərək təhsil alıb. ADA Universitetinin Macarıstanın ölkəmizdəki səfirliyi ilə sıx əlaqələri, müəllim və işçi heyətinin mübadiləsi və ADA-da macar dilinin tədrisinə başlanılması genişlənən əməkdaşlıq imkanlarını əks etdirir. 2020-ci ildə "Rəqəmsal Macarıstan” forumu da daxil olmaqla bir neçə ortaq elmi konfranslar təşkil edilib.

Xatırladaq ki, Azərbaycan-Macarıstan əlaqələrinin inkişafındakı, mədəni və elmi sahədə münasibətlərin möhkəmləndirilməsindəki müstəsna xidmətlərinə görə ötən il ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Macarıstanın "Xidmətlərinə görə” ordeni ilə təltif edilib.

"Həm diplomatiya, həm də təhsil sahələrindəki əməkdaşlığımız dost xalqlarımız arasındakı münasibətlərin inkişafına xidmət edir", - deyən prorektor F.İsmayılzadə ADA ilə Macarıstan universitetləri arasında əlaqələrin daha da genişləndiriləcəyini bildirib.

Macarıstan səfirliyindən bildirilib ki, səfirlik F.İsmayılzadənin ölkələrimizin, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşdırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM