05 Fevral 2021 15:15
925
Elm və texnika
A- A+

ADA Universitetində Lütfi Zadənin 100 illik yubileyi münasibətilə onlayn elmi mühazirə keçirilib

 

ADA Universitetində dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin 100 illik yubileyi münasibətilə “Elm və Texnologiyada yeni trendlər” mövzusunda onlayn mühazirə keçirilib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, rektor Hafiz Paşayev mühazirədə iştirak edən yüz nəfərdən çox tələbə və elmi-ictimaiyyət nümayəndələrini salamlayıb. Rektor H.Paşayev Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı xatırladıb. Gəncləri Lütfi Zadə irsini dərindən öyrənməyə səsləyən Rektor H.Paşayev, ADA Universitetində görkəmli elm xadiminin adına təqaüd təsis edildiyini və indiyədək 57 tələbənin bu təqaüddən yararlandığını bildirib.

Professor Rafiq Əliyev elmi sələfi Lütfi Zadə ilə birlikdə yazdığı və alimin ikinci kitabı olan “Qeyri-səlis məntiq –nəzəriyyə və tətbiqetmələr” əsərindən bəhs edib. Professor R.Əliyev bildirib ki, Lütfi Zadənin dünya elmi ictimaiyyətinə təqdim etdiyi və alimin soyadını daşıyan “Z-çevirmə” nəzəriyyəsi müasir rəqəmsal idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsasını təşkil edir.

Mühazirənin əsas çıxışçılarından Merilend Universitetinin (ABŞ) professoru, akademik Roald Saqdeyev qeyd edib ki, Lütfi Zadənin irəli sürdüyü inqilabi nəzəriyyə riyaziyyat və kibernetika sahəsində yeni mərhələnin əsasını qoydu. Qeyri-səlis məntiq nəzəriyyəsi mücərrədlik və reallıq arasında əlaqə yaratdı, informasiyanın mənasını təsvir etməyi təmin etdi.

Sonda çıxışçılar mühazirə iştirakçılarının suallarını cavablandırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video