05:27 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ADA Universitetində “Hacı Zeynalabdin Tağıyev” mükafatının təqdim edilməsi mərasimi olub
ANA SƏHİFƏ / TƏHSIL
13:28 03.05.2021

 

ADA Universitetində məşhur xeyriyyəçinin adını daşıyan mükafat tələbə icmasının “ən sosial məsuliyyətli vətəndaşları”na təqdim edilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, qalib layihələr ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və tədbirin xüsusi qonağı Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev tərəfindən açıqlanıb.

Təqdim edilən on iki layihə arasından beş layihə mükafatlandırılıb. Birinci yeri iki layihə -“Go girl” və “Gizli Azərbaycan” layihələri bölüşüblər.

“Go girl” layihəsinin məqsədi qızları “STEM” (Science – Elm, Technology – Texnologiya, Engineering – Mühəndislik, Math – Riyaziyyat) sahəsi üzrə karyera qurmağa həvəsləndirmək və qızların İnformasiya Texnologiyaları üzrə biliklərini artırmaqdır.

“Gizli Azərbaycan” layihəsinin məqsədi isə Azərbaycanın görməli, lakin az ziyarət edilən məkanlarını tanıtmaq və daxili turizmin inkişafını dəstəkləməkdir.

İkinci yeri “Shape of future” və “Thriving artist” layihələri paylaşıblar. “Shape of future” layihəsinin əsas məqsədi məktəblilərin bilik və bacarıqlarını artırmaq, şagirdləri düzgün peşə seçimi mövzusunda məlumatlandırmaq və onların ingilis dili biliklərini artırmaq üçün ödənişsiz kurslar təşkil etməkdir.

“Thriving artist” layihəsi isə rəssamlıqla məşğul olan gənclər üçün xüsusi onlayn platforma təqdim edir. Bu platforma onlara öz əsərlərini tanıtmaq fürsəti verir.

Üçüncü yerin qalibi “Bir kitab, bir xatirə” layihəsidir. Layihənin əsas məqsədi gənclər arasında oxumağa marağı artırmaqdır. Layihə çərçivəsində Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimli adına kitab guşəsinin əsası qoyulub.

“Gizli Azərbaycan” layihəsinin komanda üzvü Əli Məmmədov deyib: “Layihəmizi Şuşada davam etdirmək və Şuşanı - öz doğma torpağımızı dünyaya tanıtmaq əsas hədəflərimizdəndir”.

Birinci yeri bölüşən “Go girl” layihəsinin komanda üzvlərindən Məsudə Ömərova deyib:

“Layihə vasitəsilə qadınları da İKT sahəsində karyera qurmağa və bu sahədə daha fəal rol oynamağa səslədik”.

Birinci yerə layiq görülən hər iki layihənin komandasına ayrılıqda 1750 manat, ikinci yeri bölüşən komandalara 1050 manat, 3-cü yerə çıxan layihə komandasına isə 700 manat pul mükafatı təqdim edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM