20:01 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə magistr proqramına sənəd qəbulu davam edir
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
14:47 17.06.2021

 

ADA Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə təqdim etdiyi Kompüter elmləri və Data analitikası üzrə ikili diplom proqramına sənəd qəbulunun ikinci mərhələsi iyulun 1-dək davam edəcək

Universitetdən AZƏRTAC-a bildirilib ki, hər il bu proqrama 20 tələbə qəbul edilir. Proqramın ilk tələbələri pandemiya səbəbindən təhsillərini onlayn qaydada davam etdiriblər. Lakin cari ildə iyun ayının sonundan etibarən keçən il qəbul olmuş tələbələr Vaşinqtona səfər edərək 6 ay ərzində orada təhsil alacaqlar. Bu münasibətlə ADA Universitetində Vaşinqtona yola düşəcək tələbələrlə görüş keçirilib.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tələbələrlə görüşərək, onların ölkəmizin və ADA-nın adını daim yüksəklərə qaldıracaqlarına ümidvar olduğunu bildirib.

İcraçı prorektor Fariz İsmayılzadə, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Araz Yusubov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, “BP Azerbaijan” şirkətinin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Riçard Pinkam da tədbirdə çıxış ediblər.

ABŞ-dakı təhsil müddəti ərzində tələbələr Corc Vaşinqton Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin müasir laboratoriya və tədqiqat mərkəzlərindən faydalanmaq imkanı əldə edəcəklər.

Proqramın ilk tələbələrindən olan Fəridə Əliyeva proqramla bağlı fikirlərini bölüşüb: “Həm ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetində, həm də keyfiyyətli təhsili ilə seçilən ADA-da oxumaq, sonda hər iki nüfuzlu təhsil müəssisəsindən diplom əldə etmək həyatda qarşıma çıxa biləcək ən böyük fürsətlərdəndəndir. Gəncləri bu fürsətdən yararlanmağa səsləyirəm”.

Qeyd edək ki, proqramın bütün təhsil xərcləri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə və BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.

Proqram barədə ətraflı məlumat üçün keçidə nəzər sala bilərsiniz: https://bit.ly/3cjgnBG

Əlavə suallarınız üçün [email protected] ünvanına yaza və ya (+994 50) 256 99 06 nömrəsi vasitəsilə əlaqə saxlayın.

ADA kampusunda baş tutan görüşün xülasə videosunu aşağıdakı keçid vasitəsilə siz də izləyin:

https://bit.ly/3cLbzYg



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM