05 Iyul 2021 12:09
1125
Təhsil
A- A+

ADA Universiteti ilə Qırğızıstanın Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

ADA Universiteti ilə Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, memorandumu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığa toxunan rektor H.Paşayev Azərbaycan və Qırğızıstan arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirərək, imzalanan sənədlə təhsil sahəsində də əlaqələrin genişlənəcəyinə əminliyini ifadə edib.

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycanın regionda dinamik templə inkişaf etdiyini və hər dəfə ölkəyə səfər edən zaman bu inkişafın şahidi olduğunu bildirib.

Sənədə əsasən, hər iki ali təhsil qurumu birgə tədqiqatlar aparacaq, məlumat və təcrübə mübadiləsi həyata keçirəcək. Sənəddə peşəkar kadrların hazırlanması üzrə əməkdaşlıq əlaqələrinin qurulması da nəzərdə tutulub.

Bununla yanaşı, tərəflər xarici siyasət, beynəlxalq əlaqələr və digər müvafiq sahələr üzrə diplomat və mütəxəssislərin yetişdirilməsi istiqamətində təlim kursları təşkil edəcəklər.

Qeyd edək ki, memorandum beş il ərzində qüvvədə olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video