26 Avqust 2020 19:39
1234
Elm və texnika
A- A+

ADA Universiteti ilə Cənubi Koreya, İtaliya və Türkiyə universitetləri arasında anlaşma memorandumu imzalanıb


ADA Universiteti ilə Cənubi Koreyanın "Chung Ang", İtaliyanın Verona və Türkiyənin İstanbul Aydın Universitetləri arasında onlayn rejimdə anlaşma memorandumları imzalanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, beş il müddətini əhatə edəcək memorandumlara əsasən, tərəflər tələbə və professor-müəllim heyətinin təhsil və tədqiqat üzrə mübadiləsini, birgə araşdırmaların aparılmasını, akademik proqramların və tədbirlərin təşkilini həyata keçirəcəklər. Bundan əlavə, ADA Universiteti Verona Universiteti ilə Avropa İttifaqının təqdim etdiyi "Erasmus+” layihəsi üzrə də əməkdaşlığa dair danışıqlar aparır.

"Xarici universitetlərlə əldə etdiyimiz razılaşmalar ADA-nın tələbə və müəllim heyətinin bilik və bacarıqlarını inkişaf etdirir, onların dünya təcrübəsini öyrənməsinə fayda verir. Bu baxımdan, tərəfdaş universitetlərimizin sayının artması tələbə və əməkdaşlarımızın inkişafına xidmət edir”, - deyən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə növbəti aylar ərzində İtaliyanın Trento və Berqamo, Macarıstanın "Eotvos Lorand”, Türkiyənin Bahçeşehir və Cənubi Koreya Milli universitetləri ilə də onlayn formatda anlaşma memorandumlarının imzalanacağını bildirib.

ABŞ, Kanada, Böyük Britaniya, İsveçrə, Fransa, Çin, Yaponiya və digər ölkələrin universitetləri ilə təhsil sahəsində əməkdaşlığı davam etdirən ADA Universiteti indiyədək 107 xarici təhsil müəssisəsi ilə anlaşma memorandumları imzalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video