10 Iyul 2021 00:36
1360
Təhsil
A- A+

ADA Məktəbində “Məzun günü” keçirilib

 

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, məktəbdə 2020-2021-ci tədris ili üzrə təhsil alan 190 şagird məzun adını qazanıb. Pandemiya ilə əlaqədar tədbirdə yalnız məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında məzunları və onların  müəllimlərini təbrik edib.

“ADA Məktəbinin əsas məqsədi ali təhsil həyatına daha hazırlıqlı şagird-tələbələr yetişdirməkdir. Bu baxımdan ADA şagirdləri gözləntiləri, onlara olan etimad və inamı doğrultdu”, - deyə rektor H.Paşayev bildirib.

ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal deyib: “ADA Məktəbinin unikallığı ondadır ki, burada etibara, əməkdaşlığa, qarşılıqlı hörmət və dəyərə əsaslanan təlim-tədris sistemi mövcuddur. Belə bir sağlam şagird-müəllim münasibəti və məktəb mühiti akademik inkişaf və şəxsiyyət formalaşdırmaq üçün geniş imkan yaradır”.

ADA Məktəbinin şagirdi Leyla Sarac məzunlar adından çıxış edərək ADA ailəsinə minnətdarlığını bildirib.

Tədbirdə şagirdlər fərqli janrlarda musiqilər səsləndirib, əyləncəli rəqslərlə çıxış ediblər. “Məzun günü”nün sonunda sülh rəmzi olan göyərçinlər səmaya buraxılıb. Tədbir mantiya geyinmiş məzunların ənənəvi “papaq atma” mərasimi ilə yekunlaşıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video