22 Oktyabr 2011 07:10
490
Mədəniyyət
A- A+

ADA Kitab Mərkəzi ispan dilində film gecəsi keçirmişdir

 

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzi "Azərbaycan-Latın Amerikası Gəncləri" İctimai Birliyi (ALAG) ilə birlikdə "İspan dilində film gecəsi - mədəniyyətlərarası dialoq" layihəsinə start vermişdir.

ADA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihə ispan dilində filmin nümayişindən ibarətdir.

Tədbir iştirakçılarına 2010-cu ildə "Ən yaxşı xarici film" nominasiyasında Oskar mükafatı qazanmış "Gözlərindəki sirr" Argentina filmi təqdim edilmişdir. Filmin rejissoru Xuan Xose Kampanella olan filmdə baş rollarda Rikardo Darin, Soledad Villamil və Pablo Rago çəkilmişlər. İspan dilində nümayiş olunan filmin bütün mətni ingilis dilində subtitrlərlə verilmişdir. 

Filmin nümayişindən əvvəl ADA Kitab Mərkəzi və ALAG Ictimai Birliyi haqqında qısa təqdimat olmuş, iştirakçılara nümayiş etdiriləcək filmin süjet xətti, janrı, aktyor heyəti barədə qısa məlumat verilmişdir. Layihənin əsas məqsədi gənclərin dil bacarıqlarını və mədəniyyətlərarası dialoqu xarici dil əsasında praktiki şəkildə inkişaf etdirməkdir. Özünəməxsusluğu ilə ədəbi ictimaiyyətin görüş məkanına çevrilmiş ADA Kitab Mərkəzi bu il  aprelin 22-dən fəaliyyət göstərir. Mərkəzin yaradıcı, müasir üslublu dizaynı, geniş çeşiddə Azərbaycan, rus və ingilis dillərində kitabları bütün oxucuların diqqətini cəlb edir. Qeyd edək ki, ALAG ictimai birliyi gənclərimizin xarici dilə, xüsusilə ispan və portuqal dillərinə mükəmməl yiyələnmək, Azərbaycan ilə Latın Amerikası gəncləri arasında ünsiyyətin artırılması, ispan dilli ölkələrlə dostluq əlaqələrinin qurulması məqsədilə  fəaliyyət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video