01 Oktyabr 2021 00:29
1522
Elm və texnika
A- A+

Acı içkidən şirin təama çevrilən şokolad

 

Şokoladın tarixi 4000 il əvvələ gedib çıxır. Tarixi mənbələrə görə, şokolad ilk dəfə Meksikada içki kimi istifadə edilib.

Şokoladın, daha dəqiq desək, kakao ağacının vətəni Cənubi Amerika- Meksikadır. Zaman keçdikcə kakao ağacı Afrikada da əkilib.

Şokolad Mərkəzi Amerikanın tropik meşələrində kakao toxumlarının əkilməsi və daha sonra bir pasta halına gətirilməsi ilə istehsal olunmağa başlayıb. İlk şokolad indiki şokoladlardan çox fərqli olub. O, maye şəklində acı içki olub. İnsanlar bu içkini “çokolatl” adlandırırdılar. İlk dövrlərdə “çokolatl”ın mistik  bir xüsusiyyətə sahib olduğuna inanılır, onun insanları xoşbəxt etdiyi deyilirdi.

Mayyalılar isə kakaoya heyran idilər. Onlar kakaonun xoşbəxtlik və əmin-amanlıq gətirdiyinə inandıqları üçün ona ibadət edirlər. Həmin dövrlərdə şokolad hər kəsə təqdim edilməyən çox dəyərli bir içki idi. “Çokolatl”ı yalnız müqəddəs mərasimlərdə krallar, əsgərlər, ruhanilər və əyanlar içə bilərdilər.

Soyuq və acı içki olan “Çokolatl” Avropada qaynar və şirin içkiyə çevrildi. Şokoladın bugünkü hala gəlməsində ispanlar mühüm rol oynadılar. Onlar bu içkiyə şəkər qatmaqla onu şirin içkiyə çevirdilər.  Şokoladın Amerikadan Avropaya və oradan dünyaya yayılması da ispanların sayəsində mümkün olub.

İspaniya Avropada yalnız ona məlum olan şokoladın hazırlanması sirrini uzun müddət gizli saxlayıb. Lakin bu, İspaniya kralı III Phillipin qızı Anna ilə Fransa kralı XIII Lüdovik evlənənə qədər  sirr kimi qalıb. Zaman keçdikcə Avropada şokolada olan tələbat artıb və koloniya ölkələrində onun istehsalı sürətlənib.

Hollandiyalı kimyaçı Coenraad Johannes van Houten tərəfindən icad edilən kakao maşını uzun müddət aristokratların və zadəganların yeməyi olan şokoladın istehsalında inqilaba səbəb olur. 1828 -ci ildə icad edilən maşın kakao yağını qovrulmuş kakao toxumlarından ayıraraq qarışımları bərk şokolad halına gətirir.

İstehsal genişləndikdən sonra şokoladın qiyməti ucuzlaşır və o, adi insanlar üçün də əlçatan olur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video