05:05 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AÇG və “Şahdəniz”: sərvətləri bol, gəlirləri çox

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:39 10.04.2021

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-mart aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından çıxarılan karbohidrogenlərin satışından əldə olunan gəlirləri açıqlayıb.

AÇG yataqlar blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində cari ilin ilk üç ayında 953 milyon 498 min dollar gəlir əldə edilib. “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından gəlir isə 29 milyon 166 min dollar olub. Beləliklə, AÇG və “Şahdəniz” Azərbaycan iqtisadiyyatının dayaq sütunlarını təşkil edir və yenə də əsas gəlir mənbəyimiz olaraq qalır.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentinin məlumatında həmçinin bildirilir ki, 2020-ci ildə “Şahdəniz”in gəliri 293,9 milyon dollar olub. AÇG layihəsi üzrə keçən ildəki gəlir isə 3 milyard 522,7 milyon dollar təşkil edib.

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat həcmində dəyərləndirilir.

Azərbaycan dünyanın ən nəhəng karbohidrogen yataqlarından olan “Şahdəniz”in sayəsində qaz ixrac edən ölkə kimi tanınıb.

Prezident İlham Əliyev “Şahdəniz”i yüksək dəyərləndirərək demişdir: “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik... Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”.

“Şahdəniz” Bakıdan Adriatik dənizinin İtaliya sahillərinədək uzanan 3500 kilometrlik “Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyidir. Keçən ilin son günü Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istifadəyə verilməsi ilə dəhliz tam fəaliyyətə başlayıb. Belə ki, TAP genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) və TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) nəql olunan Azərbaycan qazını qəbul edərək Avropadakı istehlakçılara çatdırır. Gürcüstan və Türkiyə isə “Şahdəniz”dən 15 ilə yaxındır qaz alırlar. Bu, “Şahdəniz Alfa” platformasında yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasil edilən qazdır. Mavi yanacaq Gürcüstana CQBK ilə çatdırılır. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya qoşulan xətt 2007-ci ildən yanacağı Ərzurumadək daşıyır. Bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.

“Şahdəniz Bravo” platforması layihənin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə işə salınıb. Həmin ilin ortalarından Azərbaycan qazı genişləndirilmiş CQBK ilə TANAP-a ötürülür və Türkiyədəki istehlakçılara çatdırılır. “Şahdəniz”in kondensatı isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə vurulur.

Hasilatı artırmaq üçün qazma əməliyyatları da davam etdirilir. Qazma işləri hasilat sabit səviyyəyə çatanadək davam edəcək.

İlin əvvəlindən AÇG-dən əldə olunan gəlirlər bu yataqlar blokunda da hasilatın ahəngdar və təhlükəsiz davam etdiyini təsdiqləyir. AÇG 1997-ci ilin noyabr ayında “Çıraq” platformasından ilk neftin alındığı vaxtdan indiyədək Azərbaycanın sosial-iqtisadi inkişafına böyük töhfələr verib. Prezident İlham Əliyev bu yataqların ölkəmizin əsas gəlir mənbəyi olduğunu dəfələrlə vurğulayıb.

Hazırda AÇG-də 8 platforma fəaliyyət göstərir. Hasilat “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından həyata keçirilir. Qalan 2 platforma emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat qurğularıdır. Keçən ilin əvvəlində AÇG-dən əldə olunan hasilatın həcmi 500 milyon tonu ötüb.

“Azəri-Çıraq-Günəşli”dən çıxarılan neft sualtı kəmərlərlə Səngəçal terminalına çatdırılır. Xatırladaq ki, bu, dünyanın ən böyük neft-qaz terminallarından biridir. Başlanğıcını buradan götürən ixrac marşrutları nefti dünya bazarlarına nəql edir.

Məlum olduğu kimi, 2017-ci ilin sentyabr ayında AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanmışdır. Yeni müqavilə 2050-ci ilin əvvəlinədək davam edəcək və qarşıdakı illərdə AÇG ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracaq. Odur ki, indi AÇG-nin müqavilə sahəsində yerləşdiriləcək daha bir hasilat platforması inşa edilir.

“Azəri Mərkəzi Şərqi” adlanan platforma gündəlik 100 min barelədək neft hasil etmək gücündə layihələndirilib. İstismar müddəti ərzində qurğunun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Koronavirus pandemiyasının təsirləri görülən bütün işlərdən yan keçməsə də, bu platformadan ilk nefti 2023-cü ildə əldə etmək planları dəyişməz qalır.

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM