09:58 15 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:09 15.06.2021

Tarixin dönüş məqamı


01:06 15.06.2021

Qurtuluş dastanı


01:00 15.06.2021

15 iyun müqəddəs tarixdir


00:50 15.06.2021

BİLDİRİŞ


00:49 15.06.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AÇG  üçün  doqquzuncu  platforma tikilir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:00 06.05.2021

 

Pandemiya dövründə  layihə üzrə  işlər vəziyyətə uyğunlaşdırılmaqla fasiləsiz aparılır

      

1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli”nin (AÇG)  tammiqyaslı işlənməsi müqaviləsi imzalanarkən tərəfdaşlar bu yataqların təxmini ehtiyatlarının 511 milyon ton olduğunu bildirmişdilər.

İndi mütəxəssislər burada sərvətin daha çox - ən azı 1 milyard ton olduğu fikrini söyləyirlər.

2017-ci ilin sentyabr ayında AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması da bu amilə əsaslanır. Yeni  saziş  2050-ci ilin əvvəlinədək davam edəcək.

Hazırda bu   müqaviləyə  əsasən, “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi  çərçivəsində quruda və dənizdə  bir sıra  tikinti-quraşdırma  işləri həyata keçirilir. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, digər neft-qaz layihələrində olduğu kimi,  ACE-də  də işlər vəziyyətə uyğunlaşdırılmaqla fasiləsiz aparılır.

bp Azərbaycan şirkətinin məlumatına görə, bu ilin birinci rübünün sonuna layihə üzrə müfəssəl mühəndis-layihələndirmə işləri ümumilikdə başa çatıb. İri avadanlıq yüklərinin və irihəcmli materialların  Bakıya  daşınması  da tikinti-quraşdırma işlərinin qrafikinə uyğun həyata keçirilib. Belə ki, hazırda “Azəri Mərkəzi Şərqi”  layihəsi  çərçivəsində eyni adlı  platforma inşa edilir. Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində aparılır. Çoxsaylı əməliyyatların daxil olduğu ağır yüklərin qaldırılması proqramı indiyədək uğurla irəliləyib. Eləcə də mexaniki avadanlıq dəstlərinin quraşdırılması davam edib, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi işlərinə başlanıb. Plan  üzrə nəzərdə  tutulan mexaniki avadanlıq dəstlərinin yoxlanılması və bəzi digər avadanlıqların çatdırılması işləri yerinə yetirilib. Yaşayış modullarının və  əsas gəmi yüklərinin çatdırılması  işləri də plan üzrə gedib. Belə ki, yaşayış modulları İsveçdən artıq  yola salınıb və onların yaxın  vaxtda Bakıya çatacağı gözlənilir.

Birinci rübdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi həm quraşdırma sexlərində, həm də stapelin üzərində olmaqla bütün sahələrdə  davam edib. Sualtı qurğuların və birləşdirici dirsəklərin istehsal-quraşdırma işləri də  qrafiklə irəliləyib.

Bu müddət ərzində layihənin  dəniz işlərinin həmçinin bir  sıra digər hissələri   yerinə  yetirilib. Bunlara lay sularının idarə olunması ilə bağlı “Mərkəzi Azəri” platformasında aparılan işlər və növbəti əməliyyatlara hazırlıq  daxildir.

Adətən hər yeni platformadan hasilatı qəbul etmək üçün Səngəçal terminalında müəyyən avadanlıqlar quraşdırılır və s. Bu baxımdan  ACE də istisna təşkil etmir. Belə ki, terminalda yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanıb və planlaşdırılmış modifikasiya işlərinə bu ilin dördüncü rübündə başlanacaq.

Ümumilikdə 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək  üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.

“Azəri Mərkəzi Şərqi” AÇG-nin 9-cu platforması olacaq. Hazırda yataqda 8 platforma fəaliyyət göstərir. Bunlardan 6-sı hasilat, 2-si isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat qurğusudur.

İlin ilk üç ayında AÇG-dən, ümumilikdə təxminən 44 milyon barel, yəni 6 milyon ton neft hasil edilib. Gündə orta hesabla “Çıraq”dan  30 min, “Mərkəzi Azəri”dən  112 min, “Qərbi Azəri”dən 130 min, “Şərqi Azəri” 79 min, “Dərinsulu Günəşli”dən 89 min və “Qərbi Çıraq”dan 44 min  barel  neft alınıb. Beləliklə, AÇG-nin  gündəlik orta hasilatı  484 min barel  təşkil  edib.

Xatırladaq ki, AÇG-də iştirak payları belədir: bp (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), “Ekvinor” (7,27 faiz), “EksonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGC Videş Limited  (2,31 faiz). AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Qeyd edək ki, Azərbaycanın qaz potensialının da önəmli hissəsi AÇG yataqları hesabına formalaşır. Buradan çıxarılan  səmt qazının bir hissəsi layların təzyiqini saxlamaq üçün yenidən kollektora vurulur. Mavi yanacağın xeyli hissəsi isə Azərbaycanın daxili istifadəsi üçün Səngəçal terminalından SOCAR-a məxsus kəmərlə “Azəriqaz” şəbəkəsinə ötürülür. Məsələn, cari ilin ilk  rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11,6 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi adəti üzrə  yenidən laylara   vurulub.

Beləliklə, AÇG 27 ilə  yaxındır etibarlı tərəfdaşlıq, ekoloji baxımdan zərərsiz əməliyyatlar sayəsində təhlükəsiz işlənir və 23 ildən çoxdur ahəngdar şəkildə neft-qaz verir. Hazırda bu yataqlar blokundan hasil edilən neft və səmt qazı platformalardan sualtı xətlər vasitəsilə Səngəçal terminalına çatdırılır və karbohidrogenlər istehlakçılara  buradakı ixrac marşrutları ilə  yola salınır.

Prezident İlham Əliyev “Azəri-Çıraq-Günəşli”də hasilatın sabit saxlanılmasının vacib məsələ olduğunu qeyd edərək  dəfələrlə  vurğulamışdır ki,  bu yataqlar bizim əsas gəlir mənbəyimizdir və bunu hər kəs bilməlidir.

Qeyd edək ki, AÇG yataqlar blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində cari ilin ilk üç ayında 953 milyon 498 min dollar gəlir əldə olunub. Azərbaycan Respulikası Dövlət Neft Fondunun (ARDNF)  İctimaiyyətlə əlaqələr departamentinin bu məlumatında həmçinin bildirilir ki,  AÇG layihəsi üzrə keçən ildəki gəlir  3 milyard 522,7 milyon dollar təşkil edib. Beləliklə, AÇG  Azərbaycan iqtisadiyyatının dayaq sütunlarından biri olaraq qalır.

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM