16 Oktyabr 2021 01:00
838
Təhsil
A- A+

Abşeronda təhsil işçiləri ilə görüş keçirilib

 

Abşeron Rayon İcra Hakimiyyətində fərqlənən təhsil işçiləri ilə görüş keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı  İradə Gülməmmədova çıxış edərək təhsil işçilərini əldə etdikləri uğurlara görə təbrik edib. Sonra 44 günlük müharibədə iştirak edən və şəhid olanlar bir dəqiqəlik sükutla yad olunub.

İ.Gülməmmədova bildirib ki, bu gün müəllimlərin öhdəsinə daha böyük vəzifə düşür: “Onlar vətən üçün layıqli, vətənpərvər, bilikli, savadlı, hərtərəfli övlad yetişdirməlidirlər. Şagirdlərimiz gərək birtərəfli inkişaf etməsin, hər hansı peşəni seçməsindən asılı olmayaraq gərək tarixi, coğrafiyanı, xarici dilləri yaxşı bilsinlər. Sərhədlərimizi, qonşularımızı tanısınlar, dostla düşməni ayıra bilsinlər, siyasi biliyə malik olsunlar. Xarici ölkələrdə təhsil alarkən ölkəmizi layiqincə təmsil etsinlər və ölkəmiz haqqında düzgün məlumat çatdırsınlar”. Natiq onu da vurğulayıb ki, bu günlər  tariximizin zəfər anlarıdır. Ali Baş Komandanın  diplomatiyası, uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində düşmənə qalib gəldi və  ermənilər kapitulyasiya aktına imza atmağa məcbur oldular.

Sonra İ.Gülməmmədova “Tərəqqi” medalına layıq görülən  Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin Azərbaycan dili  və ədəbiyyatı müəllimi İradə Talıblını, “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülən Məmmədli kənd orta məktəbinin tarix müəllimi Aidə Şərifovanı, Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülən Xırdalan şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi Çiçək Cəfərovanı, Ceyranbatan 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Xuraman Əhmədovanı və Masazır 2 saylı tam orta məktəbin kimya müəllimi Ülviyyə İbrahimovanı təbrik edib.

 

Akif ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video