02:39 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ qəzetində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Şuşaya səfərinə dair məqalə dərc edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:35 23.07.2021

 

ABŞ-ın ən böyük yəhudi nəşrlərindən olan, Los-Ancelesdə nəşr edilən “Jewish Journal” qəzetində Dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayevin Azərbaycandakı dini konfessiya rəhbərlərindən ibarət nümayəndə heyətinin tərkibində Şuşa şəhərinə səfəri barədə yazdığı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə müəllif sonuncu dəfə 1987-ci ildə Şuşa şəhərində olduğunu, o zamana qədər Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin əməkdaşı kimi hər il ən az bir dəfə Şuşaya səfər etdiyini bildirir. Şuşanın əhəmiyyətindən danışan M.Yevdayev bu şəhərin Azərbaycanın mədəniyyət paytaxtı olduğunu qeyd edir.

Müəllif daha sonra Şuşanın tarixi haqqında məlumat verərək, şəhərin 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salındığını və Qafqazın əsas mədəniyyət mərkəzlərindən birinə çevrildiyini qeyd edir.

M.Yevdayev ermənilərin sovet dövründə və ondan əvvəl Qarabağda yerli azərbaycanlılarla sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, ancaq 1980-ci illərin sonunda Ermənistandakı və erməni diasporundakı ultra-radikal millətçilərin məkrli fəaliyyətlərinin bu əmin-amanlığı pozduğunu və qanlı münaqişəyə gətirib çıxardığını vurğulayır. 1992-ci ildə Şuşanın Ermənistan tərəfindən işğal olunduğunu diqqətə çatdıran M.Yevdayev ölkəmizin suveren ərazisinin 20 faizinin işğal edildiyini və 800 min dinc azərbaycanlının öz doğma yurdlarından didərgin salındığını bildirir. M.Yevdayev, nəhayət, 2020-ci ildə Azərbaycanın Şuşa şəhəri də daxil olmaqla, Ermənistanın işğalı altındakı torpaqlarını azad etdiyini diqqətə çatdırır.

Müəllif Azərbaycandakı dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin Şuşaya səfərindən ətraflı bəhs edərək, bir zamanlar yaxşı tanıdığı şəhərin işğal müddətində dəhşətli dağıntılara məruz qaldığının şahidi olduğunu qeyd edir. Dini liderlərin Şuşadakı kilsə və məscidlərdə ibadət etdiklərini, bütün bu ibadət evlərinin hazırda təmir olunduğunu bildirən M.Yevdayev bu xüsusda Azərbaycandakı dinlərarası tolerantlıq ənənələri haqqında məlumat verir.

M.Yevdayev sonda Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, 1992-ci ildə Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Albert Aqarunovun vətənpərvərliyindən və şücaətindən danışaraq, Şuşa şəhərində onun xatirəsinin əbədiləşdirilməsi məsələsini müzakirə etdiyini bildirir.

Qeyd edək ki, həm çap, həm də internet versiyası olan “Jewish Journal” ABŞ-da internet üzərindən ən çox oxunan yəhudi qəzetidir. Qəzetin aylıq 4,5 milyon oxucusu (unique visitors) var.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM