12 Avqust 2021 17:40
555
SİYASƏT
A- A+

ABŞ qəzeti: Konqres Ermənistana kömək etməzdən əvvəl yaxşı düşünməlidir

 

ABŞ-ın “Portland Press Herald” qəzetində Azərbaycan icmasının üzvü Tərlan Əhmədovun separatizmi dəstəkləyən Ermənistana yardımın ayrılması ilə bağlı yanlış qərardan bəhs edən “Konqres Ermənistana kömək etməzdən əvvəl yaxşı düşünməlidir” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Konqresin Ermənistana hər hansı bir kömək etməzdən əvvəl HR 4373 (2022-ci il üçün dövlət, xarici əməliyyatlar və əlaqəli proqramlara ayırmalar haqqında qanun) qanununun müddəalarını diqqətlə öyrənməli olduğu deyilir. Qanun layihəsinin 7047-ci hissəsində deyilir ki, Ukrayna ərazilərinin ayrılmasının dəstəklənməsinə yönələn müsbət addımlar atan bir ölkənin mərkəzi hökumətinə kömək üçün bu qanun çərçivəsində ABŞ tərəfindən ayrılan heç bir vəsait müəyyən edilə bilməz. “The Economist” jurnalının 2014-cü il tarixli buraxılışında Ermənistanın Ukrayna ərazilərinin ayrılmasını tanımaq üçün addımlar atdığı açıq şəkildə bildirilir. Deməli, HR4373 qanununun müddəalarına uyğun olaraq, ABŞ Ermənistana maliyyə yardımı ayrılmamalıdır.

Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin rəsmi Yerevanın apardığı erməni təcavüzü və separatçı siyasəti barədə məlumatlandırılması üzrə yazılı kampaniyası nəticəsində dərc edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video