17 Avqust 2013 01:08
383
Təhsil
A- A+

ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyası ilə tanış olmuşdur

 

Azərbaycanda səfərdə olan ABŞ Konqresinin doqquz nəfərlik nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyasına (ADA) baş çəkmişdir.

ADA-nın kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, Konqresdə Pensilvaniya, Cənubi Karolina, Kaliforniya, Tenessi, Texas, Corciya, Miçiqan və Nyu-York ştatlarını təmsil edən aparat rəhbərləri Azərbaycan Diplomatik Akademiyasının yeni kampusu ilə tanış olduqdan sonra akademiyanın professor və idarə heyəti ilə görüşmüşlər.

ADA-nın yaranma tarixi, strukturu, missiyası, təklif etdiyi proqram və ixtisaslar barədə məlumatlandırılan amerikalı qonaqlara daha sonra akademiyadakı tələbə həyatı və tələbələrin asudə vaxtlarının planlaşdırılması haqqında məlumat verilmişdir.

Akademiyanın dünyanın bir çox universitetləri, xüsusilə də ABŞ-ın ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayan icraçı prorektor Fariz İsmayılzadə, gələcəkdə bu tipli əlaqələrin genişləndiriləcəyini bildirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video