23 Oktyabr 2013 01:10
399
PARLAMENT
A- A+

ABŞ-ın Oklahoma ştatı Senatının nümayəndələri Milli Məclisdə olmuşlar

 

ABŞ-ın Oklahoma ştatı Senatının nümayəndələri oktyabrın 22-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşlər.

AzərTAc xəbər verir ki, görüşdə işçi qrupun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan haqqında qonaqlara ətraflı məlumat vermişdir. O demişdir ki, regionun lider dövləti olan Azərbaycanın digər mədəniyyətlərə və dinlərə münasibətdə çoxəsrlik tolerantlıq ənənələri vardır. Qədim tarixə, zəngin mədəni irsə malik Azərbaycan bu gün inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

Azərbaycanın mötəbər beynəlxalq qurumlarla yaxından əməkdaşlıq etdiyini deyən S.Seyidov ölkəmizin antiterror koalisiyası tərkibində fəaliyyəti haqqında danışmış, sülhməramlılarımızın Əfqanıstanda və İraqda həyata keçirilən əməliyyatlarda fəal iştirak etdiklərini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-a dəstək verən ilk ölkələrdən biri olmaqla yanaşı, terrorun bütün formalarını qətiyyətlə pisləyir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən danışan S.Seyidov Azərbaycan torpaqlarının 20  faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrildiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, münaqişənin həll olunmaması regionun inkişafı yolunda əsas maneədir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video