00:06 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi Azərbaycan gömrükçüləri üçün təlim keçəcək
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
18:44 09.09.2021

Dövlət Gömrük Komitəsində (DGK) Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə DGK Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov, ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin Orta Asiya Regionu üzrə rəis müavini Robert Eller və digər səlahiyyətli şəxslər iştirak ediblər.

M.Rəsulov ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi ilə uzunmüddətli əməkdaşlıqdan məmnunluqla bəhs edib, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində birgə tədbirlərin təşkili, qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın, xüsusilə məlumat mübadiləsinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda DGK əməkdaşlarının potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə təlim və seminarların təşkili barədə razılıq əldə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM