15 Avqust 2021 12:51
693
DÜNYA
A- A+

ABŞ-ın dəyəri 1 milyard dollardan çox olan silah-sursatı “Taliban” qüvvələrinin əlinə keçib

 

“Taliban” hərəkatının silahlıları Kunduz şəhərini ələ keçirərək, ABŞ-a məxsus olan və dəyəri 1 milyard dollardan çox təşkil edən silah-sursata sahib olublar.

AZƏRTAC “The Independent” qəzetinə istinadla xəbər verir ki, “Taliban” qüvvələrinin hücumuna məruz qalan ABŞ əsgərləri şəhəri təcili surətdə tərk edib qaçıblar. Şəhərdə yerləşən ABŞ hərbi kontingentinin hərbi təyyarələri, pilotsuz uçan aparatları, minaların təmizlənməsi üçün texniki avadanlıqlar, şəxsi heyətin silah-sursatı və zirehli maşınlar “Taliban” qüvvələrinin əlinə keçib.

Bu ərəfədə Qətərdə “Taliban” hərəkatının rəhbərləri ilə Rusiya, Özbəkistan və Türkmənistan nümayəndələri arasında görüş keçirilir. Qətər mətbuatına görə, hərəkatın rəsmi nümayəndəsi Süheyl Şahin Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov ilə görüşüb. Görüşdə Türkmənistan və Özbəkistanın Əfqanıstanla sərhədindəki vəziyyət müzakirə olunub.

Əfqanıstanda isə “Taliban” qüvvələri paytaxt Kabilə doğru irəliləməkdə davam edir. Bir sıra Qərb dövlətləri Kabildəki səfirliklərini təxliyə ediblər. ABŞ da səfirliyinin təxliyəsi üçün Əfqanıstana əlavə qüvvə göndərib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video