25 Sentyabr 2014 02:09
402
Elm və texnika
A- A+

ABŞ-ın Baker Hughes şirkəti və Bakı Ali Neft Məktəbi əməkdaşlıq barədə razılığa gəliblər

ABŞ-ın Baker Hughes şirkətinin Azərbaycan, Gürcüstan və Rusiyanın Xəzər regionu üzrə direktoru Roy Vudvik və şirkətin universitetlərarası əlaqələr və işəgötürmə üzrə mütəxəssisi Ekaterina Mişşina Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyəti ilə görüşüblər.

BANM-ın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ali təhsil ocağının rektoru Elmar Qasımov qonaqlara Bakı Ali Neft Məktəbinin yaranma tarixi, məqsədi və başlıca hədəfləri, həmçinin tələbə qəbulunun nəticələri haqqında məlumat verib.
Bildirilib ki, qısa zaman müddətində fəaliyyət göstərməsinə baxmayaraq, ali məktəb kifayət qədər uğurlara nail olub və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən son iki tədris ilinin statistik göstəricilərinə əsasən ali təhsil müəssisələrinin reytinq cədvəlində birinci yeri tutub. BANM-ın əməkdaşlıq etdiyi beynəlxalq universitetlər və şirkətlər haqqında məlumat verən rektor tələbələr üçün şirkətlərdə müxtəlif təlim və stajkeçmə imkanlarının yaradıldığını, bunun tədrisin praktik nöqteyi-nəzərdən təşkilinə mühüm töhfə verdiyini vurğulayıb.
Qonaq Roy Vudvik təmsil etdiyi şirkətin neft və qaz sənayesində innovativ xidmətlər, məhsul və texnologiyalar üzrə ixtisaslaşdığını, dünyanın 80-dən artıq ölkəsində fəaliyyət göstərdiyini, elm və texnologiya sahələrinə külli miqdarda investisiya yatırımı etdiyini vurğulayıb. İxtisaslı kadr axtarışında olduqlarını qeyd edən R.Vudvik şirkətdə tələbələr üçün stajkeçmə proqramının həyata keçirildiyini və BANM-ın tələbələrinin də bu proqramdan bəhrələnməsini arzuladığını bildirib.
Görüşdə qarşılıqlı əməkdaşlıq üçün potensial imkanların mövcud olduğunu ifadə edən tərəflər bu məqsədlə müvafiq hüquqi bazanın yaradılması barədə razılığa gəliblər.
Sonda şirkətin nümayəndələri tələbələr qarşısında təqdimatla çıxış edib və interaktiv müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video