25 Oktyabr 2021 13:58
878
CƏMİYYƏT
A- A+

ABŞ-dan olan bir qrup dini icma rəhbəri Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb

 

İşğaldan azad olunan torpaqlarımızda ermənilər vandalizm aktları törədiblər. Qəbirlər qazılıb, insanların sümükləri çıxarılıb, məscidlər tövlə kimi istifadə edilib. Qarabağda demək olar bütün dini, maddi-mədəniyyət nümunələri ya dağıdılıb, ya da erməniləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Los-Anceles şəhərindən olan bir qrup dini icma rəhbəri ilə görüşündə deyib.

QMİ sədri qeyd edib ki, Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edib. Bu gün Qarabağ azaddır və oraya yenidən həyat qayıdır.

"Azərbaycan 44 günlük müharibədə erməni hərbçilərin cəsədlərini ölkəsinə qaytardı. Lakin Ermənistan hələ Birinci Qarabağ müharibəsində həlak olan azərbaycanlıların cəsədlərini qaytarmayıb. Bu, erməni xislətinin növbəti bariz nümunəsidir.

Ermənistan tərəfi bütün dünyaya daim belə bir fikir aşılamağa çalışırdı ki, guya onlar müsəlman dövlətlərinin əhatəsində qalıb və burada təzyiqlərə məruz qalırlar. Bununla da Ermənistan Qarabağı işğal etməsinin əsas mahiyyətini gizlətmək və müharibəni xristian-müsəlman münaqişəsi kimi təqdim etmək istəyirdi. Lakin onların bu cəhdi baş tutmadı”, - deyə şeyxülislam Allahşükür Paşazadə bildirib.

Azərbaycandakı dini tolerant mühit barədə qonaqlara məlumat verən QMİ sədri qeyd edib ki, multikulturalizm xalqımızın həyat tərzidir. Ölkəmizdə bütün dinlərə mənsub insanlar rahat, dinclik şəraitində yaşayırlar. Azərbaycanda əsasını ulu öndər Heydər Əliyevin qoyduğu multikulturalizm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanların rahat yaşaması, ibadəti üçün hər cür şərait yaradılıb. Bu ölkəmizdə, həmçinin dövlət siyasətidir.

Azərbaycandakı dini tolerant mühitdən məmnuniyyətlə bəhs edən ölkəmizdəki dini icmaların rəhbərləri qeyd ediblər ki, burada dini-mədəni müxtəlifliyin harmoniyası mövcuddur. "Biz Azərbaycanın uğurlarına sevinirik. Bu uğurlarda bizim də payımız var. Azərbaycan hamımızın evidir. Biz birlikdə bu evin qorunması, daha böyük uğurlar qazanması üçün çalışırıq", - deyə çıxışlarda qeyd edilib.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaqlar ölkəmizdə dini harmoniyanın mövcudluğunu təqdirəlayiq hal kimi dəyərləndirdiklərini bildiriblər.

“Qarabağ həqiqətləri barədə verdiyiniz ətraflı məlumata görə təşəkkür edirik. Çünki bu həqiqətlər dünya mediasında bəzən düzgün işıqlandırılmır. Ona görə də bu informasiyaların dünyaya obyektiv çatdırılması olduqca vacibdir", - deyə qonaqlar bildiriblər.

Qeyd edək ki, qonaqlar Azərbaycana səfər çərçivəsində erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video