18 Aprel 2021 00:31
904
Təhsil
A- A+

64 əcnəbi professor və müəllim ADAU-nun tələbələrinə mühazirə oxuyacaq

 

Azərbaycan Dövlət Aqrar Universitetinin elmi-tədris inkişafına dəstək məqsədilə xarici ölkələrin aparıcı təhsil müəssisələrinin mütəxəssisləri mühazirələrə cəlb olunub.

İmzalanmış əməkdaşlıq memorandumlarına əsasən, Ankara Universiteti (Türkiyə), Harran Universiteti (Türkiyə), Kazan Baytarlıq Akademiyası (Rusiya), Sankt-Peterburq Dövlət Baytarlıq Akademiyası (Rusiya), Timişoara Banat Kənd Təsərrüfatı və Baytarlıq Təbabəti Universiteti (Rumıniya) və Novo-Qoritsa Universitetinin (Sloveniya) professor-müəllim heyəti ADAU tələbələrinə aqrar ixtisaslar üzrə müxtəlif mövzularda mühazirə deyəcəklər. Ümumilikdə tədris prosesinə xarici universitetlərdən 64 professor və müəllimin cəlb olunması nəzərdə tutulur. ADAU-nun Aqronomluq fakültəsinin tələbələrinə dərs deyəcək xarici müəllimlər arasında Nova Gorica Universitetinin prorektoru Mladen Franco da var.

Mühazirələr türk, ingilis və rus dillərində aparılacaq.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video