01:31 16 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

5000 ailəyə ərzaq sovqatı göndərilib

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:46 09.05.2021

 

Respublikada sosial layihələrin icrası dövlətin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Bütün bayramlarda və əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə hədiyyələr, sovqatlar, yardımlar paylanılır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da Prezident

İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, bu növ sosial təşəbbüslərə qoşulub. Belə ki, cari ilin mart ayında AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə respublikanın regionlarında yaşayan 3900 aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb. Eyni zamanda İcraiyyə Komitəsinin 2021-ci il aprelin 30-da keçirilən iclasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə və ölkə Prezidenti İlham Əliyevin aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə müvafiq olaraq bu kateqoriyaya aid olan ailələrə sovqat paylanılması qərara alınıb.

Qəbul edilmiş qərara əsasən,  mayın 8-də 76 şəhər və rayonu əhatə edən 4000 ailəyə maşın karvanı ilə ərzaq bağlamaları yola salınıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında yaşayan 1000 aztəminatlı ailəyə ərzaq yardımı paylanacaqdır. Həmçinin 152 şəhid ailəsi Azərbaycan həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb və 18 yaşına kimi hər ay onlara maddi yardım göstəriləcək.

 

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM