26 Iyul 2014 09:07
394
Elm və texnika
A- A+

30 maraqlı fakt



1. Təyyarədə olanda saçlar iki dəfə sürətlə uzanır.

2. Açıq gözlə asqırmaq mümkün deyil.

3. Qlobal istiləşmə bəşəriyyəti pivədən məhrum edəcək.

4. Mavi gözlü insanlar ağrıya daha həssasdırlar.

5. Arılar dördə qədər saya bilirlər.

6. Tarakan 9 gün başsız yaşaya bilir, sonra aclıqdan ölür.

7. “Windows”-da “Con” adlı qovluq yaratmaq olmur. Bill Qeytsi uşaq vaxtı belə çağırırlarmış, ona görə bu adda qovluq yaratmağa qadağa qoyub.

8. “Titanik” filminə “Titanik” gəmisindən çox xərc çəkilib.

9. Salvador Dali “Çupa-çups” üçün loqotip çəkib.

10. Limonun tərkibindəki şəkər miqdarı çiyələkdəkindən çoxdur.

11. Uşaqlar yazda daha sürətlə böyüyürlər.

12. Pişiklər ömürlərinin 70 faizini yataraq keçirirlər.

13. Qorxmuş insan daha yaxşı görür.

14. Ok-dünyada ən populyar sözdür.

15. İlbiz 3 il yata bilər.

16. Alyaskanın bayrağını 13 yaşlı oğlan tərtib edib.

17. İngilis kitabxanalarında ən çox oğurlanan kitab “Ginnesin rekordlar kitabı”dır.

18. “American Airlines” sərnişinlərinə verilən salatdan bir zeytun dənəsini çıxarmaqla 40 min dollar qənaət edib.

19. Günəş sistemində yeganə planet Veneradır ki, saat əqrəbinin əksinə fırlanır.

20. Öz dirsəyini yalamaq anatomik olaraq mümkün deyil.

21. ABŞ sakinləri hər gün ortalama 18 hektar pizza yeyirlər.

22. İnsan burnu bütün ömrü boyu böyüyür.

23. Bu mətni oxuyan hər kəs, öz dirsəyini yalamağa cəhd edir.

24. Bir saç teli 3 kiloqrama qədər yük götürə bilər.

25. Buludlar cənub-qərbə doğru hərəkət edə bilmirlər.

26. Smitsonov İnstitutunun Vaşinqtondakı arxivlərindən soyuducuda saxlanılmış iki identik qar dənəciyi tapılıb.

27. 72 saat ərzində burun deşiklərinizdən biri tutularsa, tezliklə rəngləri ayırd etmə qabiliyyətini itirə bilərsiniz.

28. “Coca-cola” kompaniyası uzun müddət Çində satışlar vaxtı “ad problemi” yaşayıb. Səbəb kompaniya adının “Kekukela”, yəni “Qurbağanı dişlə” kimi oxunması olub. 40 min variant arasında edilən marka seçimlərində “Koku Kole”, yəni “Xoşbəxtlik ağzında” qalib gəlib.

29. Su ilə dolu stəkana 80 il durmadan qışqırsaq, su qaynayar.

30. Koka-kolanı rəngləməsələr, satışa yaşıl rəngdə çıxar.

 

Kulis.az

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video