07:03 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

28 sentyabr

ANA SƏHİFƏ / SİYASƏT
01:46 28.09.2021

 

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulur.

Müdafiə Nazirliyinin rəhbərliyi qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək.

***

Prezident İlham Əliyev Azərbaycanda qismən səfərbərlik elan edilməsi ilə bağlı sərəncam imzalayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tapşırılır ki, təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

***

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuzun apardığı əks-hücum əməliyyatları genişlənir. Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənir, düşmən xeyli itki verir. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar zamanı düşmənin xeyli sayda hərbi texnikası məhv edilir:

- 24 ədəd tank və digər zirehli texnika;

- 15 ədəd “OSA” zenit-raket kompleksi;

- 18 ədəd pilotsuz uçuş aparatı (PUA);

- 8 ədəd artilleriya qurğusu;

- 3 silah-sursat anbarı.

***

Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri, podpolkovnik Lernik Vardanyan məhv edilir, onun tabeliyində olan hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalır.

Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospitallarda və mülki xəstəxanalarda yer qıtlığı yaranır, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur.

Ermənistan tərəfi hər zaman olduğu kimi, yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir.

***

Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng edir. E.Makron təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayır.

Amma İlham Əliyev fransalı həmkarının diqqətinə çatdırir ki, düşmən şüurlu şəkildə danışıqlar prosesini pozur və bu ölkənin rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

Telefon söhbəti zamanı dövlətimizin başçısı bildirir ki, Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub, Azərbaycan Ordusu buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Bu səbəbdən də Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət bu ölkənin siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Telefon söhbəti zamanı tərəflər diplomatik kanallar vasitəsilə təmasların həyata keçirilməsi barədə razılığa gəlirlər.

***

Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilir.

Nümayəndələr düşmənin itkiləri, azad edilmiş ərazilər və yüksəkliklər, o cümlədən düşmənin təxribatları və dezinformasiya fəaliyyətləri haqqında ətraflı məlumatlandırılır.

***

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilir.

Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilir. Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibində idilər.

***

BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Prezident İlham Əliyev arasında videokonfrans formatında görüş olur.

Ali Baş Komandan Baş katibə Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı, hadisələrin gedişinə dair məlumat verərək qeyd edir ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Prezident qeyd edir ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradıb.

Dövlətimizin başçısı söhbət zamanı onu da xatırladır ki, Ermənistanın yeni müharibəyə hazırlaşmasını sentyabrın 24-də, müharibənin başlamasından 3 gün öncə BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında diqqətə çatdırıb. Qeyd edək ki, həmin müzakirələrdə İlham Əliyev dünya birliyinə müraciət edərək Ermənistanın bu hazırlıqlarına müşahidəçi qalmamağa çağırmışdı.

Söhbət zamanı İlham Əliyev bir daha vurğulayır ki, Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM