26 Sentyabr 2021 13:55
714
SİYASƏT
A- A+

27 sentyabr - Anım Günü Ankarada qeyd olunub

 

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr - Anım Günü ilə əlaqədar Türkiyənin Ankara şəhərində mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, diplomatlar, deputatlar, Türkiyədə yaşayan, təhsil alan və işləyən soydaşlarımız, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Ankarada fəaliyyət göstərən Azərbaycan Evində keçirilən mərasimdə, əvvəlcə, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, 44 günlük Vətən müharibəsinin, eyni zamanda, hər iki ölkənin azadlığı uğrunda canlarını qurban verən bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan rəşadətli Zəfər barədə iştirakçılara müfəssəl məlumat verilib.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu, böyük Zəfərin qazanılmasında qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək yüksək dəyərləndirilib. Təkrar-təkrar vurğulanıb ki, qədirbilən Azərbaycan xalqı böyük Zəfəri bizə yaşadan şəhid və qazilərimizin qəhrəmanlığını heç vaxt unutmayacaq.

Sonra iştirakçılar İkinci Qarabağ müharibəsinin əzəmətli döyüş səhnələri, Azərbaycan xalqının Vətən uğrunda birliyi və sair mühüm məramları əks etdirən fotosərgi ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video