15:12 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

27 sentyabr

ANA SƏHİFƏ / SİYASƏT
00:37 26.09.2021

 

Səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədir. Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həyatlarını itirənlər və yaralananlar olur.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilir.

Cəbhənin ən gərgin hissəsi olan Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Düşmənin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası məhv edilir. Müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi sıradan çıxarılır.

Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulur. Ekipaj üzvləri sağ qalır.

***

Günün birinci yarısında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edir.

Baş verən təxribatı erməni faşizminin növbəti təzahürü adlandıran İlham Əliyev bəyan edir ki, hər zaman olduğu kimi, Azərbayca Ordusu bu gün də düşmənin təxrbatına layiqli cavab verir, sarsıdıcı zərbələr endirir. Bunun səbəbkarı, günahkarı isə işğalçı Ermənistandır. Bu ölkə sülh danışıqları prosesini hər zaman pozaraq mövcud status-kvonun saxlanması üçün müxtəlif bəhanələr uydurub. İşğal edilmiş Azərbaycan torpaqlarında həm silahlı bölmələrini yerləşdirib, həm də qanunsuz məskunlaşma siyasəti aparıb. Azərbaycan bununla heç vaxt razılaşa bilməz. 

Müraciətin sonunda Prezident qətiyyətlə vurğulayır: “Bu gün Azərbaycan Ordusu öz torpağında ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaq. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

***

Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılır.

***

Mütəmadi olaraq ölkə ictimaiyyətini məlumatlandıran Müdafiə Nazirliyi şad xəbərlər verir.

- Uğurlu əməliyyatlar nəticəsində işğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

- Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

- Raket-artilleriya qoşunları və aviasiya vasitələrimiz düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Nazirlik həmçinin cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi ilə bağlı videogörüntülər yayır.

***

Günün ikinci yarısında Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilir.

Ali Baş Komandan qeyd edir ki, Tovuz hadisələrindən sonra Ermənistana bir neçə dəfə xəbərdarlıq edilsə də, bu, onlara dərs olmayıb. Hazırda isə düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edən Ali Baş Komandan əminliklə vurğulayır ki, uğurlu əks-hücum əməliyyatımız ədalətsizliyə, otuz ilə yaxın davam edən işğala son qoyacaq.

Müdafiə naziri Zakir Həsənov əməlliyyatlarla bağlı məlumat verərək deyir ki, Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir. Siz qeyd etdiyiniz kimi, ən müasir silahlar tətbiq olunur. Düşmən tam şəkildə geri çəkilir.

Ali Baş Komandan əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, ordumuzu təbrik edir və Təhlükəsizlik Şurasının qalan hissəsi qapalı rejimdə keçirilir.

***

Prezident “Hərbi vəziyyət elan edilməsi haqqında” fərman imzalayır.

Sənədə əsasən, 2020-ci il 28 sentyabr saat 00:00-dan  ölkə ərazisində hərbi vəziyyət elan edilir. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq olunur. Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir, xüsusi giriş-çıxış rejimi tətbiq edilir, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülür.

Milli Məclisin payız sessiyasının  xüsusi plenar iclası keçirilir və Prezidentin “Hərbi vəziyyət elan edilməsi haqqında” fərmanı səsə qoyularaq təsdiq edilir.

***

Axşam saatlarında Müdafiə Nazirliyi ölkə ictimaiyyətinə növbəti şad xəbərləri çatdırır.

 - Düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçır;

- Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunur.

- Basarkeçər-Ağdərə avtomobil yolu vizual, atəş nəzarətinə götürülür;

- Əks-hücum əməliyyatı nəticəsində düşmənin silah-sursat anbarı məhv edilir;

- Düşmənin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilir. Bildirilir ki, hərbi əsirlər və mülki şəxslərlə davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq humanitar hüquqa əsasən həyata keçiriləcək. Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs zərərsizləşdiriləcək.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM