24 Oktyabr 2021 00:09
3062
DÜNYA
A- A+

256 il yaşayan insan

 

Ömür uzunluğu ilə bağlı araşdırma aparan bəzi elm adamları təkamül mexanizminin pozulduğu zaman insanların 500 ildən çox yaşaya biləcəyini iddia edirlər. 
Onların fikrincə, hazırda insanların həyatını tarazlayan təkamül mexanizmi insan həyatının 65-80 yaş arasında olmasını təmin edir. Lakin bu mexanizm pozularsa, insan ömrü gözlənildiyindən xeyli uzun ola bilər. Elm adamları bu mexanizmin qırılmasının çox da uzaq olmadığını və texnologiyanın həyat şərtlərini təyin etdiyi zaman onun pozulacağını bildirirlər.
Bəzi mənbələr dünyanın ən nüfuzlu jurnalı olan “Time” jurnalına istinad edərək qeyd edirlər ki, dünyada 256 il ömür sürmüş insan olub. Li Ching-Yuen adlanan bu çinlini 1930-cu ildə həmin jurnal kəşf edib. Jurnalda Çin İmperiyasına aid dərc edilən qeydlərdə Chenqdu Universitetinin professoru Wu Chung-Chienin Li Ching-Yueni 1827-ci ildə 150 yaşına keçməsi münasibətilə təbrik etdiyi yazılmışdı. Daha sonra tapılan sənədlər isə 1877-ci ildə bu çinlinin 200 yaşının təbrik edildiyi göstərilib.
Li Ching-Yuenin bəzi mənbələrdə 1736-da, bəzi mənbələrdə isə 1677-ci ildə doğulduğu bildirilir. Onun 1933-cü ildə öldüyü nəzərə alınarsa, dünyasını dəyişərkən 197  və ya 256 yaşının olması nəticəsinə gəlinir. Təvəllüdünün fərqli olmasına baxmayaraq, o, yenə də dünyanın ən çox yaşayan insanı hesab edilir.
1928-ci ildə “New York Times”ın müxbiri Linin qonşusu olan qoca kişilərlə görüşüb. Bu qocaların çoxu Linin onların babalarının dostu olduğunu söyləyiblər. Li Ching-Yuen 10 yaşından bitkiləri öyrənməyə başlayıb, daha sonralar isə dağ ətəklərində bitki toplayaraq onların ömür uzatma xüsusiyyətlərini öyrənib. O, 1749-cu ildə 71 yaşında döyüş sənəti müəllimi olaraq, Çin ordusuna qoşulub. Linin 23 dəfə evləndiyi, 200-dən çox uşağın atası olduğu və bir insan kimi çox sevildiyi deyilib.
Dostlarının sözlərinə görə, Li Ching-Yuendən uzun ömür sürmənin sirri soruşulduqda o, belə deyib: “Uzun ömür sürmənin sirri təmiz qəlbə sahib olmaq, bir qurbağa kimi oturmaq, göyərçin kimi həyat dolu hərəkət etmək və bir it kimi yatmaqdır”.


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video