06 Fevral 2021 00:53
690
İQTİSADİYYAT
A- A+

2500 şəhid ailəsi üzvü, qazi, erməni terrorundan zərərçəkən şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub

 

Tarixi zəfərimizlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış  qəhrəmanlarımızın ailələrinin, bu müharibənin qazilərinin,  erməni terrorundan zərər çəkən şəxslərin aktiv məşğulluq proqramları çərçivəsində dəstəklə təminatı işləri davam edir.

Müharibədən sonrakı dövrdə bu kateqoriyalardan olan 2500 şəxs (o cümlədən 1200-ə yaxın şəhid ailəsi üzvü) aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 2200-ü özünüməşğulluq proqramına cəlb edilib. Onlar seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin edilirlər. 250-dək şəxsin isə ödənişli ictimai işlər, digərləri əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları çərçivəsində məşğulluq məsələləri operativ həll olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video