12:53 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

2200 illik möhtəşəmlik

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
02:21 25.04.2021

 

Böyük Cin səddi insan əli ilə tikilmiş ən nadir və qeyri-adi abidələrdən, dünyanın ən böyük möcüzələrindən biridir.

Çinin şərqindən qərbinədək 4450 kilometrlik bir məsafədə uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən milyonlarla turist gəlir. Üç min ildir ki, Çinin simvoluna çevrilən Böyük Çin səddi Sin Şi Xuandinin hakimiyyəti dövründə - e.ə. 214-cü ildə inşa olunmaga başlayıb. Onun tikintisi 10 ilə qədər davam edib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilib.

İmperatorun Çin səddinin tikilməsinə dair qərar verməsinin səbəbi hun tayfalarının hücumları ilə əlaqədar olub. Çindən şimalda yaşayan hun tayfaları buraya tez-tez hücum edirdilər. Sin Şi Xuandi də bu hücumların qarşısını almaq üçün sədd tikdirməyə başlayıb. Səddin üstü ilə 5-6 süvari yanaşı hərəkət edə bilərdi.

İmperatorun istəyi bu idi ki, onun tikdirdiyi nəhəng daş divarı heç bir qüvvə yıxa bilməsin, bu səddi aşmaq qeyri-mümkün olsun.

Çinlilərin Vanli Çançen adlandırdıqları bu sədd Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb. Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır.

Çin səddinin tarixi əhəmiyyəti həm də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoyub. Bu dağınıq tayfalar əl-ələ verərək dünyanın ən uzun və nəhəng daş divarını tikiblər.

Səddin tikintisi ayrı-ayrı hissələrə bölünmüşdü və hər hissəni vahid plan əsasında bir tayfanın, qəbilənin üzvləri tikirdi. İmperator Sin Şi Xuandi tikintiyə ümumi rəhbərliyi qoşun böyüyü Men-Tyana tapşırmışdı. Men-Tyan isə tikintini vaxtında, yəni on il müddətinə tikib başa çatdırmaq üçün 350 min əsgəri və yüz minlərlə mülki adamı bu işə cəlb etmişdi. Mülki adamların arasında şəhərli ustalar, əkinçi kəndlilər və on minlərlə həbsxana məhkumları vardı. Səddin birinci hissəsinin uzunluğu 2450 kilometr olmalı idi. Uca dağlardan, dərin dərələrdən, susuz səhralardan keçən bu tikinti çox çətin şəraitdə aparılıb. Tikintiyə inşaat materialları əllə daşınıb, buna yüz minlərlə insan əməyi sərf edilib.

Sonuncu hesablamalar əsasında Çin səddinin uzunluğunun 21 min 196 kilometr olduğu müəyyənləşib.

Alimlər Böyük Çin səddinin cənub-şərqində, Koreya Xalq Respublikası ilə qonşuluqda olan Qirin vilayətindəki hissəni də aşkar ediblər.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM