26 May 2021 02:13
975
Elm və texnika
A- A+

2025-ci ildə ekstremal kosmik hava dövrü başlayacaq

 

Günəşin xüsusi fəallıq siklləri var. Ümumiyyətlə, bir sikl adətən 11 il davam edir və bu müddətdə ulduzun maqnit qütbləri yerlərini dəyişdirir. Bu proses zamanı kosmosda Günəş və maqnit fırtınalarının səbəbi olan tac kütlə tullantıları (CME) müşahidə olunur.

Yeni Günəş sikli 2020-ci ilin payızında başlamışdır. Alimlər Günəşin 2025-ci ilin ortalarında bu dövrdə maksimum aktivliyə çatacağını təxmin edirlər. Onlar son 150 ildə Günəş sikllərinin xüsusiyyətlərini araşdırdıqdan sonra bu qənaətə gəlmişlər.

Yer üzündə insanlar elə bir qorxu hissi keçirməməlidirlər, çünki planetimizi ekstremal kosmik havadan maqnit sahəsi qoruyur. O bizi nəhəng çətir kimi Günəş küləyi və Günəş radiasiyası axınından müdafiə edir. Eyni zamanda kosmosda insanların hamısı diqqətli olmalıdır. Günəşin pik aktivliyi dövründə ən müasir kosmik gəmilərdə uçan kosmonavtlar ulduzun “azğınılıq”ından müdafiə olunmurlar.

İstisna edilmir ki, ekstremal kosmik hava dövrünün başlaması ölkələrin kosmosu fəth etmək planlarına güclü təsir göstərəcək. Xüsusilə ABŞ-ın NASA agentliyinin insanları Aya çatdıracaq “Artemida” missiyası təhlükə altında qalacaq. Astronavtların əziyyət çəkməməsi üçün alimlər gələcək uçuşların hazırlanması və təhlilinə diqqətlə yanaşmağı məsləhət görürlər. Başqa sözlə, kosmosun fəthi planlarına düzəliş etmək lazım gələcək.

NASA 2024-cü ildə “Artemida” proqramı çərçivəsində Ayı tədqiq etməyi yenidən başlamağı planlaşdırır. Bu il agentlik Yerin peykinə iki nəfərlik heyət göndərəcək. Heyət Ayın səthində bir həftə qalacaq. Hər şey qaydasında olsa, 2028-ci ildən sonra Ayda bir qrup astronavtla birlikdə tamhüquqlu baza yerləşdiriləcək. Baza orada azı 15 il qalacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video