02 Fevral 2012 02:02
1062
Milli Məclis
A- A+

2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Dövlət  müstəqilliyinin bərpasından sonra Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini nəzərə alaraq, Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının qazandıqları nailiyyətləri qeyd edərək, Olimpiya və Paralimpiya hərəkatının inkişafına töhfə vermək arzusunu ifadə edərək Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin  III hissəsinə əsasən qərara alır:

1. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının və onun paytaxtı Bakı şəhərinin 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək uğrunda tender mərhələsində iştirakını tam dəstəkləyir.

2. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi 2020-ci ilin Yay Olimpiya və Paralimpiya oyunlarının yüksək səviyyədə keçməsi üçün bütün imkanlardan istifadə etməyə hazır olduğunu bildirir.

3. Azərbaycan Respublikası Milli Məclisinin bu niyyəti barəsində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqqeyə məlumat verilsin.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 1 fevral 2012-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video