14 Sentyabr 2013 02:09
355
MSK
A- A+

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın keçirilməsi vaxtının müəyyən olunması və efir vaxtının bölgüsü cədvəlinin dərc edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

QƏRAR № 27/155

 

2013-cü il oktyabrın 9-na  təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədlərin qeydiyyatı başa çatmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci maddəsinə uyğun olaraq səsvermə gününə 23 gün qalmış, yəni 2013-cü il sentyabrın 16-dan seçkiqabağı təşviqat başlanır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən prezidentliyə namizədlərin ictimai teleradio verilişləri təşkilatının kanallarında ödənişsiz əsaslarla efir vaxtı almaq hüquqları vardır. İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.5-ci maddəsində nəzərdə tutulduğundan (həftədə azı 3 saat) 2 dəfə artıq (həftədə 6 saat) efir vaxtı ayrılmışdır. Efir vaxtı təqdim etmiş qurumun imkanları daxilində həftənin 1-ci, 3-cü və 5-ci günləri saat 21.00-dan başlamaqla, hər dəfə 1 saat olmaqla radioda, həftəlik cəmi 3 saat müddətində, 2-ci, 4-cü və 6-cı günlər isə TV-də saat 19.00-dan başlamaqla hər dəfə 1 saat olmaqla, həftəlik cəmi 3 saat müddətində istifadəçilərə təqdim edilməsinə dair Mərkəzi Seçki Komissiyası ilə həmin qurum arasında razılığa gəlinmişdir. Ayrılmış efir vaxtının qanunvericiliklə müəyyən edilmiş qaydada həmin vaxtdan istifadə etmək hüququ olan sübyektlər arasında bölüşdürülməsi məqsədilə püşkatma komissiyası yaradılmalı, püşkatmanın keçirilməsi tarixi və vaxtı müəyyən olunmalı, püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsində nəzərdə tutulan qaydada dərc edilməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.4-cü və 80.6-cı maddələrinə əsasən həmin Məcəllənin 75-ci maddəsində göstərilən müddət başlandıqdan sonra bir həftə müddətində Məcəllənin 74.1.3-cü və 74.1.6-cı maddələrində nəzərdə tutulmuş subyektlər arasında, onların verdikləri ərizə əsasında ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə püşkatma keçirilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsinə əsasən püşkatma müvafiq seçki komissiyalarının, teleradio verilişləri təşkilatları nümayəndələrinin iştirakı ilə, habelə qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxslərinin, yerli və beynəlxalq müşahidəçilərin iştirak etmək hüququ nəzərə alınmaqla, püşkatmanın keçirilməsi yeri və vaxtı haqqında məlumat rəsmi dərc edilməklə keçirilir. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Azərbaycan Respublikası Seçki Məcəlləsinin 77.2-ci maddəsində nəzərdə tutulan dövri nəşrlərdə dərc edilir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci və 80.4 - 80.7-ci maddələrinə əsasən qərara alır:

1. 2013-ci il oktyabrın 9-na  təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində  İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında aşağıdakı tərkibdə püşkatma komissiyası yaradılsın:

 

Azər Tağıyev  - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Fuad Cavadov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Almaz Qəhramanlı - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü 

Azər Sarıyev - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Media və ictimai əlaqələr şöbəsinin müdiri

2. Püşkatma 16 sentyabr 2013-cü il saat 12.00-da keçirilsin.

3. Püşkatma komissiyası ayrılmış efir vaxtının (həftəlik ümumi həcmi 6 saat olan, həftənin 1-ci, 3-cü və 5-ci günləri saat 21.00-dan başlamaqla hər dəfə 1 saat, həftədə 3 saat radioda, 2-ci, 4-cü və 6-cı günləri isə 19.00-dan başlamaqla TV-də hər dəfə 1 saat, həftədə 3 saat) bölgüsünü püşkatma yolu ilə təmin etsin.

4. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsində nəzərdə tutulan qaydada dərc edilsin.

5. Ayrılmış efir vaxtının keyfiyyətlə və vaxtında istifadəçilərin sərəncamına verilməsi İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyinə həvalə edilsin.

6. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr              Məzahir Pənahov

Katib             Arifə Muxtarova

Katib             Mikayıl Rəhimov

 

13.09.2013

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video