04 Oktyabr 2013 02:10
420
MSK
A- A+

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının vəkil edilmiş şəxsi Mehriban Heydərəli qızı Zeynalovanın qeydiyyatının ləğv edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 34/202

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının vəkil edilmiş şəxsi Mehriban Heydərəli qızı Zeynalova 3 oktyabr 2013-cü il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət edərək vəkil edilmiş şəxs kimi öz səlahiyyətlərindən imtina etdiyini bildirib, qeydiyyatının ləğv edilməsini xahiş etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müraciətə baxaraq müəyyən etmişdir ki, Ümid Partiyasının vəkil edilmiş şəxsi M.H.Zeynalova vəkil edilmiş şəxs kimi öz səlahiyyətlərindən imtina etdiyindən onun qeydiyyatı ləğv olunmalı və "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin statusu haqqında Təlimat"ın 3.2-ci bəndinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən ona verilmiş lövhəcik etibarsız hesab edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 72.4-cü maddələrinə və qeyd edilən Təlimatın 3.2-ci bəndinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının vəkil edilmiş şəxsi Mehriban Heydərəli qızı Zeynalovanın qeydiyyatı ləğv olunsun və Mərkəzi Seçki Komissiyası tərəfindən ona verilmiş lövhəcik etibarsız hesab edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr       Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

03.10.13

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video