16:55 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

2012-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılacaq
ANA SƏHİFƏ / PARLAMENT
02:05 27.05.2012

 

Dünən Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. İclasda "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan iqtisadiyyatında müsbət dəyişikliklərin məntiqi nəticəsi olaraq ölkənin maliyyə resursları artmaqdadır. Maliyyə resurslarının artması isə öz növbəsində, Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin də ildən-ilə çoxalmasına imkan yaradır. Azərbaycanın böyük inkişaf yolu keçdiyini qeyd edən Ziyad Səmədzadə deyib ki, ölkəmiz öz dinamik inkişafına görə dünyanın aparıcı ölkələrindən birinə çevrilib: "2011-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı birmənalı şəkildə ifadə olundu ki, qəbul edilmiş büdcənin icrasında böyük nailiyyətlər əldə edilib. Bugünkü müzakirəmiz isə bu nailiyyətlərin məntiqi davamı olaraq 2012-ci ilin dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi ilə bağlıdır. Bu dəyişikliklərin ana xəttini Azərbaycanın maliyyə imkanlarının artması təşkil edir və bununla da büdcənin artırılması nəzərdə tutulur".

Komitə sədri eyni zamanda diqqətə çatdırıb ki, Azərbaycan bu gün heç bir maliyyə problemi yaşamır. Ölkəmiz dünyada davam edən maliyyə-iqtisadi böhran fonunda heç bir maliyyə sarsıntısı keçirməyib.

Qanun layihəsi ilə bağlı məlumat verən maliyyə naziri Samir Şərifov isə qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə daxil olan sənəddə 2012-ci ilin dövlət büdcəsinin gəlirləri 600 milyon manat artırılaraq 17 milyard 38 milyon manat, dövlət büdcəsinin xərcləri də 600 milyon manat artırılaraq 17 milyard 678 milyon manata çatdırılması nəzərdə tutulur. Samir Şərifov edilən dəyişikliklərin səbəblərinə də aydınlıq gətirib. Maliyyə nazirinin sözlərinə görə, bir müddət öncə ölkənin şimal-qərb bölgəsində zəlzələ baş verib ki, bunun da nəticəsində Zaqatala, Şəki, Qax, Balakən rayonlarının iqtisadiyyatına, infrastrukturuna və əhalisinə böyük ziyan dəyib: "Xoşbəxtlikdən zəlzələ olan ərazidə insan tələfatı baş verməyib. Bu rayonlara dəymiş ziyanın aradan qaldırılması üçün dövlət başçısı tərəfindən ilkin olaraq dövlət büdcəsindən 20 milyon  manat vəsait ayrılıb. Eyni zamanda, hazırda həmin bölgədə müvafiq dövlət orqanlarının dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi ilə bağlı işlər görülür ki, bu məqsədlə də 2012-ci ilin dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması tələb olunur. 2010- cu ildə Kür və Araz çaylarının daşması nəticəsində ölkənin bir sıra rayonlarına ciddi ziyan dəyib. Orada ötən dövrdə lazımi işlərin görülməsinə baxmayaraq, hələ də müəyyən problemlər qalmaqdadır. Ona görə də həmin problemləri aradan qaldırmaq üçün dövlət büdcəsindən 50 milyon manat ayrılması nəzərdə tutulur. Həmçinin bu il təbiətin şıltaqlığı nəticəsində Azərbaycanın bir sıra rayonlarına - Saatlı, İmişli, Hacıqabul, Sabirabad, Salyan, Kürdəmir, Şamaxı rayonlarına ciddi ziyan dəyib. Bununla bərabər, Bakı şəhərinin bir neçə bölgəsində sürüşmə problemi mövcuddur. Bu problemi həll etmək üçün Azərbaycana xarici məsləhətçilər dəvət olunur. Yəni, bu yöndə də təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac var. Bakının Maştağa və Zabrat qəsəbələrində qurunt sularının artması ilə ciddi problemlər ortaya çıxıb. Bütövlükdə sadaladığım bu məsələləri və digər problemləri həll etmək üçün bizə əlavə 690 milyon manat tələb olunur. 2012-ci ilin dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan və parlamentə təqdim olunan qanun layihəsində göstərilib ki, 2012-ci ilin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri ayrı-ayrılıqda 600 milyon manat artırılsın".

Müzakirələr zamanı çıxış edən parlamentin İqtisadi siyasət komitəsinin üzvləri Xanhüseyn Kazımlı, Əli Məsimli, Arif Alışanov, Vahid Əhmədov və İlham Əliyev qeyd ediblər ki, edilən dəyişiklik Azərbaycanda baş verən təbiət hadisələrindən irəli gəlir və buna görə layihənin Milli Məclisin plenar iclasında müzakirəsi və qəbulu vacibdir.

İclasda iştirak edən fövqəladə hallar nazirinin müavini Rəhim Lətifov isə şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması və bu istiqamətdə görülən bütün tədbirlər barədə geniş məlumat verib. Onun sözlərinə görə, təbii fəlakətlə bağlı yaradılmış komissiya Zaqatala-Balakən bölgəsində zəlzələdən zərər çəkmiş binaların 40 faizinə baxış keçirib. Ərazidə 22 qrupun işlədiyini deyən R.Lətifov bildirib ki, həmin qruplar zəlzələdən dəymiş ziyanı, köməyə ehtiyacı olan ailələri müəyyənləşdirir və onlara yardımlar göstərirlər. Zaqatalada yaradılan qərargah isə 24 saat insanlara xidmət göstərir.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

R.BAXŞƏLİYEV,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM