14 Noyabr 2018 13:02
998
DÜNYA
A- A+

19 karatlıq çəhrayı almaz rekord qiymətə satılıb


"Christie´s” satış evinin Cenevrədə keçirilən növbəti axşam hərracında çəhrayı rəngli almaz 39,1 milyon avroya satılıb.
AZƏRTAC xəbər verir ki, hərracda təxminən 19 karat çəkidə qiymətli daşın ilk çağırış qiyməti 21 milyon avro idi və almaz alıcılar arasında təklif "savaşına” səbəb olub. Altı dəqiqəlik qiymətləşmədən sonra "Pink Legacy” (Çəhrayı miras) adlı almazın yeni sahibi amerikalı zərgər Harri Vinston olub. Hərrac evinin rüsumları ilə birlikdə almazın ümumi satış qiyməti 44 milyon avro olub.

Bir karatı 2,6 milyon dollara satılan bu almaz hər karatına düşən qiymətə görə dünya rekordu sayılır. Hərrac evinin Avropa üzrə rəhbəri Fransua Kuryel bildirib ki, rənginə görə almaz daşların Leonardo da Vinçisi adlandırılır. Hərrac evinin təmsilçisi 27-44 milyon avro dəyərləndirilən almazın satış qiymətindən məmnunluq ifadə edib. Almazın yeni sahibi ona "The Winston Pink Legacy” adı verib.

Təxminən bir əsr bundan əvvəl Cənubi Afrikada tapılan bu nadir almaz uzun müddət "De Beers” almaz yataqları konserninə rəhbərlik edən Oppenhaymer ailəsinin kolleksiyasında olub. Son dövrlərdə qeyr-adi görünüşlü qiymətli daşlara marağın artması dünya hərraclarında onların qiymətinə ciddi təsir göstərib. 2017-ci ildə Honqkonqda keçirilən hərracda "Pink Star” (Çəhrayı ulduz) adlı almaz 67 milyon avroya, iki il bundan əvvəl hərraca çıxarılan "Blue Moon” (Mavi Ay) isə 51 milyon avroya satılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video