17 Aprel 2014 06:04
425
Səhiyyə
A- A+

17 aprel - Dünya Hemofiliya Günüdür

Aprelin 17-si Dünya Hemofiliya Günüdür. Bu əlamətdar gün dünyanın 100-dən çox ölkəsində əhalini xəstəliklə bağlı məlumatlandırmaq məqsədi ilə hər il qeyd olunur. İrsi qan xəstəliyi olan hemofiliya Asiya, Afrika qitəsində, Aralıq dənizi hövzəsində daha çox yayılmışdır. Xəstəliyin əsas səbəbləri kimi mütəxəssislər yaxın qohumların nikahını, radiasiyalı ətraf mühiti, qida və tütün məmulatlarının təsirini göstərirlər.

Hemofiliya qanın laxtalanma prosesinin anadangəlmə pozğunluğu olub, təkcə həmin xəstəlikdən əziyyət çəkən şəxslərin yox, həm də cəmiyyətin sosial-iqtisadi problemidir. Xəstəlik nəsildən-nəslə yalnız xəstənin bacıları və qızları vasitəsilə keçir. Qadın vasitəsilə hemofiliya, nəinki ondan sonrakı nəslə, hətta onun qızları və qız nəvələri vasitəsilə daha sonrakı nəsillərə də ötürülə bilər. Onu da qeyd etmək lazımdır ki, hemofiliya xəstələrində yeni qandan istifadə olunur.
Azərbaycanda isə bu xəstəlikdən 1500-dən çox insan əziyyət çəkir. Son illər ölkəmizdə talassemiyalı xəstələrin müalicəsinin səviyyəsi yüksəldiyi üçün ölüm faizi azalmışdır.
Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə “Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı” haqqında Fərman imzalanmışdır. Bununla əlaqədar əhali arasında vaxtaşırı maariflənmə kampaniyası həyata keçirilir. Ölkəmizdə uğurla həyata keçirilən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”isə irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına xidmət edir. Proqram çərçivəsində xəstələr dərman preparatları ilə pulsuz təmin olunurlar.
Uşaqların sağlamlığını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın talassemiyalı uşaqlara diqqəti də xüsusi qeyd olunmalıdır. Fond 2005-ci ildən ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə “Talassemiyasız həyat naminə” layihəsinə başlamışdır. Bundan əlavə, Bakı şəhərində istifadəyə verilən Talassemiya Mərkəzi indi hemofiliyalı uşaqların və onların valideynlərinin böyük ümid yeridir. Demək lazımdır ki, 12 otaqdan ibarət klinika, xəstələrə qanköçürmə əməliyyatı aparılan transfuziya zalı, laboratoriya və digər zəruri şöbələrə malik Mərkəz beynəlxalq standartlara tam cavab verir. Burada quraşdırılan ən müasir tibbi avadanlıq müalicənin yüksək səviyyədə aparılmasına şərait yaradır.
Eyni zamanda, Səhiyyə Nazirliyi və digər dövlət qurumları tərəfindən vaxtaşırı təşkil edilən könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video