11 Iyun 2014 04:06
451
Səhiyyə
A- A+

14 iyun - Ümumdünya Qan Donoru Günüdür

14 iyun - Ümumdünya Qan Donoru Günüdür.

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, bu il 14 iyun - Ümumdünya Qan Donoru Günü hamiləlik və doğuş zamanı qadınların xilasına həsr olunmuşdur. Dünyada hər gün 800-ə yaxın qadın hamiləlik və doğuş zamanı yaranan fəsadlardan ölür. Bunun əsas səbəbi isə qadınların həddindən çox qan itirməsidir. Hətta ən sağlam qadın belə bu səbəbdən 2 saat müddətində ölə bilər. Ümumdünya Qan Donoru Günü kampaniyasının builki mövzusu belədir: “Anaların xilası üçün təhlükəsiz qan!”
DST bildirir ki, ən təhlükəsiz qanın mənbəyi isə daimi, könüllü və təmənnasız donorluqdur. Bu gün bir çox inkişaf etmiş ölkələrdə belə ehtiyat qanın toplanması tələbata cavab vermir. Ən az qanvermə Afrika ölkələrinin payına düşür. Bu ölkələrdə ana və uşaq ölümü ən yüksək səviyyədədir. Belə ki, 100 min doğuşdan 510 ölüm hadisəsi olur.
Hər il dünyada 108 milyon doza qan toplanır. Bunun təqribən 50 faizi əhalinin yüksək səviyyədə yaşadığı ölkələrdən gəlir. Bu ölkələrdə orta qanvermə inkişaf etməkdə olan ölkələrlə müqayisədə 13 dəfə çoxdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video