25 Sentyabr 2016 12:09
734
Oxucu məktubları
A- A+

100 faizlik nəticə...

 

Ali məktəblərə qəbul imtahanları təkcə bilik müsabiqəsi deyil. Hasil olan nəticələr ayrı-ayrılıqda məktəb, müəllim kollektivlərinin fəaliyyətinin keyfiyyət göstəricisidir. Buna əsasən məktəblərdəki təlim-tərbiyənin səviyyəsinə qiymət vermək mümkündür. Bu dəyərləndirməni siniflər üzrə də aparmaq olar. Əgər bir sinfin məzunları uğurlu nəticə göstəribsə, deməli, bütün məktəb, o cümlədən  müəllim heyəti işini düzgün qurub. Şübhəsiz, düzgün qurulan iş sevgi ilə icra olunanda nəticə daha uğurlu alınır. Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin bu ilki XI”b” məzunlarının müvəffəqiyyəti kimi. Nadir olmasa da, diqqətəlayiq göstəricidir: sinfin 20 məzununun hamısı  ali məktəblərə qəbul olunub, tələbə adına layiq görülüb. Özü də yüksək ballarla. Onlardan Nəriman Süleymanov 675, Aysun Hacızadə 581, Aygün Hümbətova 548, Araz Əliyev 539, Nigar Təhməzova 510 bal toplayıblar. Digərlərinin də  nəticələri orta keçid ballarının üstündə olub. Bu, 11 illik ağır müəllim və valideyn təlim-tərbiyəsinin bir sinif üzrə maksimum  nəticəsidir və təqdirəlayiq, alqışlanmalı haldır.

Sinif rəhbəri Sara Əzimovanın  sevincinin həddi-hüdudu yoxdur. Riyaziyyat müəllimi Xatın Məmmədova, kimya müəllimi Fatma Allahverdiyeva, biologiya müəllimi Kəmalə Həsənova, ingilis dili müəllimi Afər İbrahimova, tarix müəllimi Səkinə Allahverdiyeva, ümumiyyətlə, məktəbin bütün pedaqoji kollektivi əldə olunan nailiyyətdən çox məmnundur. Əlbəttə, bu uşaqlara ilk dəfə əlifbanı, yazıb-oxumağı, saymağı öyrədən ilk müəllim - ibtidai sinif rəhbəri olmuş Firuzə Qafarova da onların sırasındadır. Bu müəllimlər şagirdlərinin valideyinləri qədər özlərini xoşbəxt hiss edirlər. Çəkilən zəhmətin barını görməkdən gözəl nə ola bilər?

 

Səbuhi HÜSEYNOV,

Naxçıvan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video