12:09 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:46 28.09.2021

28 sentyabr


01:45 28.09.2021

Tarix yazan xalq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Zəhmət ömrü uzadır, tənbəllik isə qısaldır
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
00:25 03.04.2019


Ana xalanın həyat yoldaşı Abi kişi İkinci Dünya müharibəsində bir gözünü itirdikdən sonra ordudan tərxis olunmuşdu. Onu həmin illərdə bizim Təlbəyəğ kəndinə kolxoz sədri göndərmişdilər. Torpağın, zəhmət adamının qədrini bilən kişi idi.

Taxıl, kartof, çuğundur əkdirirdi, meyvə bağları saldırırdı, kəhrizlər qazdırırdı. Bulaqların suyu ilə bağlar suvarılırdı. Özü kolxozçulardan seçilmirdi. Payızda səpinçi, yayda biçinçiydi.

Ailəsini də qonşuluğumuzdakı Əlican əminin evinə köçürmüşdü. Ana xala da anama qoşulub tarlada işləməyə gedərdi. Mən Abi əminin dörd yaşlı qızı Mahirə ilə həyət-bacada oynayar, analarımızın bişirdikləri çovdar çörəyini süfrəyə qoyub şirin-şirin yeyərdik.

Bir müddət sonra Abi əmi öz kəndlərinə qayıdıb briqadir işlədi. Tale elə gətirdi ki, biz də o kənddən köçməli olduq. Aradan illər keçsə də, nə onlar bizi unutdu, nə də biz onları.

Eşidəndə ki Ana xalanın 100 yaşı tamam olur, ona baş çəkib təbrik etməyi özümə borc bildim. Yola çıxanda dağlar, dərələr ağ örpəyə bürünmüşdü. Havada şaxta vardı. Mənzil uzaq olsa da, yol rahat idi. Dövlət başçısının sərəncamı ilə Lerikdən Zuvanda asfalt yol çəkilib, dağ çayları üstə körpülər salınıb. Sərnişinlər avtobuslarda, minik maşınlarında mənzil başına vaxt itirmədən çatırlar.

Kələxan kəndindəki ikimərtəbəli evin həyət qapısında bizi Ana xalanın qızı Nazilə və oğlu Həsən qarşıladı. Yüz yaşlı ağbirçək yerindən qalxıb məni övladı kimi qucaqladı. Oturub xeyli söhbət etdik. Kəndimizdə keçirdiyi günləri xatırlayıb yadında qalanları soruşdu. Dedi ki, Abi 13 il əvvəl dünyasını dəyişib. Mahirə qonşuluqda yaşayır. Zöhrə ilə Fəridə Bakının Binə qəsəbəsində ev-eşik qurublar. Xədicə Biləsuvara gəlin köçüb. Sahəddin zəhmət adamıdır. Vaxtsız itirdiyi bir övladının adını çəkəndə göz yaşlarını saxlaya bilmədi. Toxtayıb dedi ki, 19 nəvəm var. Onlar da tez-tez mənə baş çəkir, darıxmağa qoymurlar.

Ana xala bir vaxtlar Zuvand elinin mahir xalça ustalarından olub. Toxuduğu xalçalar qızlarının, qohumlarının, neçə-neçə tanış-bilişin evini bəzəyir. Bu gün də əli işdən soyumayıb. Gücü çatan işdən yapışır, həyət-bacada çalışır, bağ-bağçada göyərti əkib-becərir, toyuq-cücə saxlayır.

Yüz yaşlı ağbirçək rayon Ağsaqqallar Şurasından, Uzunömürlülər Muzeyinin əməkdaşlarından təbriklər alıb. Uzunömürlükdən söz düşəndə zəhmət ömrü uzadır, tənbəllik isə qocaldır, - dedi.

Həmzə VƏLMƏMMƏDOV,

əməkdar jurnalist



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM