16 Oktyabr 2021 22:10
844
DÜNYA
A- A+

Yunanıstanda dərmanları çatdırmaq üçün dronlardan istifadə edilir

 

Yunanıstanda əlçatmaz bölgələrə dərman vasitələri göndərmək üçün dronlardan istifadə etməyə başlanılıb. Test uçuşu zamanı pilotsuz uçuş aparatı Trikala şəhərindən yüz kilometr aralıda yerləşən Leptokaria kəndindəki aptekə dərmanlar çatdırıb.

Dron aparatı bu cür missiyanı yerinə yetirmək üçün xüsusi olaraq hazırlanıb. Aparat baqaj bölməsi, həmçinin temperatur və rütubətə nəzarət sistemi ilə təchiz olunub. Belə bir pilotsuz uçuş aparatı 45 dəqiqə uçuşda ola bilər və üç min metr yüksəkliyə qalxmaq imkanına malikdir.

Qeyd edək ki, getdikcə Avropada uçuş aparatlarından daha çox istifadə olunmağa başlanılır. İspaniyanın Valensiya çimərliklərində üzənlərin təhlükəsizliyini izləməyə başlayıblar. Litvada isə bu cür cihazlar gəmilərin dəniz suyunu necə çirkləndirdiyini izləyir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video