26 Avqust 2021 17:54
641
SİYASƏT
A- A+

Yunanıstan və Albaniya KİV-i Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məqalələr yayıb

 

Yunanıstanın “Good.net” xəbər portalında, Albaniyanın “Panorama” xəbər portalı və eyni adlı qəzetində, “Balkan web” nəşrində və “Psikologjiya” online jurnalında “Mehriban Əliyeva: Odlar Yurdunun xoşməramlı səfiri” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan müstəqilliyinin ilk illərində həm ölkə daxili, həm də xaricində bir sıra çətinliklərlə üzləşdiyi, ənənəvi ticarət əlaqələrinin pozulması nəticəsində ölkənin istehsal gücünün əhəmiyyətli dərəcədə azaldığı və Qarabağ münaqişəsi nəticəsində Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etdiyi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğaldan azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünün əzəli torpaqlarına qayıdışı ilə bağlı 1993-cü ilin ortalarından etibarən Azərbaycanda düşünülmüş siyasi, iqtisadi və demokratik islahatlar aparılıb, regional və beynəlxalq layihələr həyata keçirilib.

Məqalədə Azərbaycanın multikulturalizm ənənələrinin dünyaya tanıdılması, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsi ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Azərbaycan xalqının tarixi, mədəniyyəti, adət və ənənələrinin qorunması və dünya mədəni irs siyahısına daxil edilməsi ilə bağlı görülmüş işlər barədə geniş məlumat verilib. Bildirilib ki, Birinci vitse-prezidentin səyi nəticəsində "Novruz bayramı", "İçərişəhər" memarlıq abidəsi, "Muğam", “Aşıq" və "Tar" UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin məqalədə qeyd olunub ki, 2008-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutan “Bakı prosesi” çərçivəsində Mehriban Əliyevanın həyata keçirdiyi müxtəlif layihələr vasitəsilə xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlıq inkişaf etdirilib. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri, bəşəri və mədəni dəyərlərə böyük hörmətlə yanaşan Azərbaycanın birinci xanımı şeirə, sənətə və mədəniyyətə sevgi və rəğbətlə yanaşan bir ailədə dünyaya göz açaraq böyüyüb.

Məqalədə Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyətinə 1995-ci ildə təsis etdiyi "Azərbaycanın Dostları" Fondu vasitəsilə başladığı və 1996-cı ildə Azərbaycanın milli və mədəni irsini təbliğ məqsədilə üç dildə nəşr olunan "Azərbaycan - İrs" jurnalını təsis etdiyi barədə bildirilib. Diqqətə çatdırılıb ki, Birinci vitse-prezidentin təşəbbüsü ilə ölkədəki sosial və mədəni infrastruktur yenidən qurulub, "Muğam" mərkəzi, konsert salonları və musiqi məktəbləri bərpa edilib, hər yay "Qəbələ" musiqi festivalı təşkil olunur. 2002-ci ildən Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etdiyi, bu idman növünün inkişafı üçün fəaliyyəti barədə məlumat verilib.

Mehriban Əliyevanın 2004-cü ildən etibarən “Heydər Əliyev Fondun”a rəhbərlik etdiyi, ölkə daxilində və xaricində təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ətraf mühit və sosial məsələləri əhatə edən bir sıra layihələr icra etdiyi vurğulanıb, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı mühüm proqramlar icra edildiyi bildirilib.

Birinci vitse-prezidentin təşəbbüsü ilə “Heydər Əliyev Fondu” tərəfindən Avropanın bir sıra ölkələrində yerləşən qədim Roma dövrünə aid "BuonPastor", "Orfeo", "Noe", "CastaSusanna" mozaikaları, “Saint Marceline” və “Pietro” katakombaları, “Strasburq” katedrali, Luvr Muzeyində “İslam Mədəniyyəti Mərkəzi” və Versal Sarayı (Fransa), Trapezitsa Qoruğu (Bolqarıstan) təmir olunduğu və onun fəaliyyətinin Roma Papası Francis tərəfindən qiymətləndirildiyi bildirilib. Yazıda müsəlman ölkəsi tərəfindən xristian ölkələrində dini-mədəni abidələrin bərpa olunması xüsusi olaraq vurğulanıb.

Məqalədə Mehriban Əliyevanın həyata keçirdiyi bu nəcib işlər Fransanın "Şərəf Legionu" ordeni, Pakistanın yüksək dərəcəli "Hilal-ePakistan" ordeni, Serbiyanın dövlət mükafatı, Rusiya Beynəlxalq Xeyriyyə Təşkilatının "RubyCross", Ümumdünya Səhiyyə Təşkilatının mükafatı, Avropa Olimpiya Komitəsinin yüksək ordeni, Beynəlxalq "GoldenHeart" mükafatı, Polşanın yüksək dövlət mükafatı, UNESCO-nun "GoldenMozart" medalı ilə mükafatlandırıldığı qeyd olunub. Birinci xanımın, həmçinin Yunanıstanın "Elpida" Uşaq Dostluq Dərnəyinin prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinogiani tərəfindən "Ümid" mükafatı ilə təltif olunduğu barədə məlumat verilib. Onun həyata keçirdiyi bu çoxşaxəli fəaliyyət tolerantlıq və fərqli mədəniyyətlər arasında dialoq ideyasına öz töhfəsini verdiyi yazıda xüsusi olaraq vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video