01 Avqust 2021 01:36
752
DÜNYA
A- A+

Yunanıstan qaçqın uşaqları təhsildən məhrum edir

 

Yunanıstanda qaçqın düşərgələrindəki hər 7 uşaqdan 6-sı təhsildən məhrum olunub. Bu barədə Human Rights Watch (HRW) beynəlxalq hüquq müdafiə təşkilatının məlumatında bildirilir. Hesabat müəllifləri qeyd edirlər ki, Afina Avropa

İttifaqının (Aİ) miqrasiyanın tənzimlənməsi üzrə direktivlərini kobud şəkildə pozur və qaçqın uşaqlara münasibətdə sərt ayrı-seçkilik  siyasəti yürüdür.

 HRW əməkdaşları qaçqın düşərgələrindəki ailələrlə, Yunanıstan Təhsil Nazirliyinin əməkdaşları ilə və könüllülərlə görüşdükdən sonra bu qənaətə gəlmişlər ki, Yunanıstan qaçqın uşaqların təhsil və peşə hazırlığı hüquqlarını pozur.

Təşkilatda vurğulamışlar ki, 2015-ci ildən bəri Aİ “miqrasiyanın idarəedilməsi”nin, o cümlədən qaçqınların təhsil almasının dəstəklənməsi üçün Yunanıstana 3,45 milyard avro ayırmışdır.

Hüquq müdafiəçiləri Avropa Komissiyasını Yunanıstana təzyiq göstərməyə və Afinanı bu ayrı-seçkilik siyasətinə son qoymağa məcbur etməyə çağırmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video