04:32 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşıb
ANA SƏHİFƏ / TƏHSIL
18:40 28.06.2021

 

İyunun 28-də “Bakı Ekspo Mərkəzi”ndə təşkil olunan “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin ikinci gününü “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev açaraq iştirakçılara uğurlar arzulayıb.

Keyslər üzərində iş formatında keçirilən yarımfinalın ikinci günündə iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirakçılar üçün “Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Nazir çıxışında ölkə iqtisadiyyatı üzrə əsas iqtisadi göstəricilər, milli iqtisadiyyatın inkişafına və dayanıqlılığına təkan verən islahatlardan bəhs edib. Daha sonra iştirakçılara kiçik qruplar daxilində müzakirə üçün mövzular təqdim edilib.

Təqdim edilən tapşırıqlar əsasında iştirakçıların strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi, sosial məsuliyyət, innovativliklərin tətbiqi bacarıqları ekspertlər tərəfindən qiymətləndirilib. Yarımfinal mərhələsində uğurla iştirak edən 100-ə yaxın iştirakçı finala keçmək hüququ qazanacaq.

Qeyd edək ki, yarımfinal mərhələsindən öncə müsabiqənin İşçi qrupu heyəti, idarəçi rəhbərlər, iştirakçılar COVID-19 testindən keçiblər.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli müvafiq Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM