14:06 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yüksək Texnologiyalar Parkının rezidenti tərəfindən kənd təsərrüfatına dair innovativ layihə icra olunur
 
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
13:47 12.06.2021

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və texnologiya parkı” MMC tərəfindən kənd təsərrüfatının, xüsusilə bitkiçiliyin inkişafına xidmət edəcək yeni layihə icra olunur.

YT Parkdan AZƏRTAC-a bildirilib ki, müəssisənin istehsal etdiyi dronların tətbiq sahələrini genişləndirmək məqsədilə yeni sınaqlar aparılır.

Sınaqlar zamanı pilotsuz uçuş aparatına birləşdirilmiş multispektral kamera vasitəsilə çəkilişlər edilir, əldə edilmiş təsvirlər xüsusi proqram təminatı ilə emal olunaraq sahədəki bitkilərin vegetasiya indeksi, rəqəmsal modeli, orotofotoplanı hesablanır və məlumatlar əsasında hesabat hazırlanır.

Qeyd edək ki, bu innovativ texnologiya bir çox inkişaf etmiş ölkələrdə “ağıllı ferma” texnologiyasının tərkib elementi kimi istifadə olunur.

Yüksək texnologiyaların sürətli inkişafı və tətbiqi gələcəkdə Azərbaycanda “ağıllı kənd təsərrüfatı” sahəsinin inkişafına ciddi təkan verəcək. Bu məqsədlə artıq bir sıra iri kənd təsərrüfatı müəssisələri ilə əlaqələr qurulub və sınaqların nəticələri aidiyyəti mütəxəssislərlə birgə nəzərdən keçirilib. Bu istiqamətdə yeni innovativ texnologiyaların tətbiqi üzrə tərəfdaşlarla birgə işlər aparılır.

Qarabağa qayıdış planının tərkib hissəsi kimi bu bölgədə kənd təsərrüfatının sürətli inkişafına dəstək verməyi nəzərdə tutan sözügedən layihədə akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələri, eləcə də İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutlarının yaxından iştirakı təmin olunacaq. Aparılacaq birgə tədqiqatlar çərçivəsində bitkilərin vegetasiya dövrü sınaqlarının yenidən analiz olunması, yeni alqoritmlərin işlənilməsi, o cümlədən yeni informasiya bazasının yaradılması planlaşdırılır.

Bununla yanaşı, yüksək texnologiyalar sahəsinə maraq göstərən gənc mütəxəssislərin prosesə cəlb olunması, onların peşəkarlığının artırılması istiqamətində tədbirlər görülür.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM