22:59 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yol rahatlıq deməkdir
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:06 04.06.2017

Quba- Qonaqkənd  yolunun üstündə   yerləşən kəndlərimiz  füsunkar təbiəti, bir-birindən növcə fərqli alma bağları,  sərin bulaqları ilə buraya gələn hər kəsi məftun edir.  Yol  Qam-qam,  Rustov, Təngəaltı, Yelfi, Xaltan Söhüb, Cimi  və başqa 50-dən çox yaşayış məntəqəsini  birləşdirir

Lakin ötən əsrin 70-ci illərində çəkilən Qonaqkənd  yolu  müasir tələblərə cavab vermirdi. Hazırda burada qızğın iş gedir, layihə üzrə    Püstəqasım kəndi ərazisində yolun yatağı genişləndirilir. Bu, təhlükəsizlik baxımından daha çox önəmldir.

Şübhəsiz, yeni yol istifadəyə veriləndən sonra gediş-gəliş xeyli asanlaşacaq. Odur ki, sakinlər yolun tezliklə ərsəyə gəlməsini gözləyirlər. 

 

Q.QASIMOV,

Quba 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM