05:58 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yevlaxlı şəhidlər barədə kitabın təqdimatı olmuşdur

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:25 24.09.2021

 

Yevlaxda “Zəfər fədailəri: Yevlax şəhidləri” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət etmişlər.

Heydər Əliyev Sarayında davam edən tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev qeyd etmişdir ki, 44 günlük Vətən savaşında Yevlaxın  65 qəhrəman övladı şəhid olmuşdur: “Amma onların qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu düşmənin belini qırdı, başını əzdi. Sizin, bizim, bütün xalqın intiqamı alındı. Şəhidlərimizin ruhu bu gün çox rahatdır. Bu isə xalqımız üçün ən böyük təsəllidir. Bu yaxınlarda başlamasının bir illiyini qeyd edəcəyimiz Vətən savaşına Yevlaxın yüzlərlə qəhrəman övladı yollanmışdı. Onlar Qarabağ uğrunda Suqovuşandan Şuşayadək Zəfər yolu keçdilər. Bütün əsgərlərimizin döyüş yolu bir qəhrəmanlıq məktəbi, vətənpərvərlik örnəyidir. Bizim borcumuz isə bu qəhrəmanlıqları yazılı tarixə çevirmək, onu yeni nəslə çatdırmaqdır. Bu gün təqdimatına yığışdığımız “Zəfər fədailəri: Yevlax şəhidləri” kitabı da məhz bu amalın, bu niyyətin nəticəsində meydana çıxmışdır”.

Tədbirdə Vətən müharibəsini əks etdirən video-çarx nümayiş etdirilmişdir. Sonra Yevlaxın ilk şəhidi Kazımov Emin Fərman oğlunun atası Fərman Kazımov, Milli Məclisin deputatı İlham Məmmədov və Vətən müharibəsi qazisi Orxan Hüseynov çıxış etmişlər.

 

Lazım QULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM