29 Aprel 2021 00:29
844
PARLAMENT
A- A+

Yerli özünüidarəetmənin inkişaf perspektivlərinə dair videokonfrans

 

Aprelin 28-də Milli Məclisin Regional məsələlər komitəsi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli assosiasiyalarının birgə təşkilatçılığı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr” mövzusunda videokonfrans keçirilib.

Parlamentin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfransda Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Bələdiyyə İşçiləri Həmkarlar Komitəsinin nümayəndələri, Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının rəhbərliyi və nümayəndələri, həmçinin 55 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrləri iştirak ediblər.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda yerli özünüidarəetmə institutunun və onun hüquqi bazasının yaradılması, həmçinin bələdiyyələrin inkişaf yolu haqqında danışıb. Bildirib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən daxili və xarici siyasəti, yenilməz Ordumuzun gücü, xalqımızın milli-mənəvi həmrəyliyi nəticəsində 30 ilə yaxın düşmən işğalı altında qalmış ərazilərimiz işğaldan azad edilib. Bundan sonra həmin ərazilərin bərpası mərhələsi başlayıb və bu mərhələdə bələdiyyələrin də üzərinə mühüm vəzifələr düşür.

Siyavuş Novruzov bələdiyyələrin rastlaşdıqları çətinliklərdən danışıb, mövcud problemlərin həlli məqsədilə görüləcək zəruri tədbirləri qeyd edib. Bildirib ki, ölkədə uğurla davam edən sosial-iqtisadi inkişaf yolunda bələdiyyələrin rolu əhəmiyyətli dərəcədə artırılmalıdır.

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və Binəqədi rayonunun M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov yerli özünüidarəetmənin təkmilləşdirilməsi, həyata keçirilən pilot layihələr, yerli vergilərin yığılması, qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, büdcə vəsaitlərindən səmərəli istifadə, bələdiyyələrin fəaliyyətini genişləndirməli olduğu sahələrlə bağlı fikirlərini bildiriblər.

Videokonfransda çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bələdiyyələrin fəaliyyətinin canlandırılması, yerli özünüidarəetmə institutunun keçdiyi inkişaf yolu, bu sahənin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi prosesi, islahatların aparılması, bələdiyyə-vətəndaş münasibətlərinin gücləndirilməsi vacibliyindən danışıblar, bir sıra təkliflər veriblər.

Mövzu ətrafında müzakirələrdə çıxış edən bələdiyyə sədrləri bələdiyyə institutu barədə öz fikirlərini bölüşüblər.

Videokonfransda Milli Məclisin deputatları Elşən Musayev, Səttar Möhbalıyev, Cavid Osmanov və Səbinə Xasayeva da iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video