20 Aprel 2021 00:25
667
DÜNYA
A- A+

Yer kürəsi ərazisinin insan əli dəyməyən 2-3 faizi qalıb

 

Ekoloqlar son 500 ildə Yer kürəsinin əsas ekoloji bölgələrinin vəziyyətinin necə dəyişdiyini izləmiş və bunların yalnız 2-3 faizinə insan əlinin toxunmadığını aşkarlamışlar. Alimlərin gəldikləri nəticələr “Frontiers in Forests and Global Change” jurnalında dərc edilmişdir.

Tədqiqatçılar qeyd etmişlər ki, təbiətin toxunulmamış guşələrinin sahəsi əvvəlki qiymətləndirilmələrdə göstəriləndən on dəfə azdır. Bu cür ən böyük ərazilər Şərqi Sibirdə və Rusiyanın Uzaq Şərqində, Kanadanın şimalında, Amazoniya və Konqonun bəzi hissələrində, həmçinin Saxaradadır.

Bir çox mütəxəssislər ehtimal edirlər ki, Yer üzündə insan fəaliyyəti ilə əlaqəli altıncı kütləvi məhvolma prosesi baş verir. Bu, təkcə heyvanların birbaşa qırılması ilə deyil, həm də ekosistemlərin dağılması ilə şərtlənmişdir.

Ekoloqlar yeni tədqiqatda planetin bütün ekosistemlərinə insanın müdaxiləsinin miqyasını qiymətləndirməyə çalışmışlar. Bunun üçün mütəxəssislər son 500 ildə neçə heyvan və bitki növünün yoxa çıxdığını hesablamış, həmçinin onların məskunlaşma yerlərinin necə dəyişdiyini öyrənmişlər.

Əvvəllər hesab olunurdu ki, insan planetdə ekosistemlərin təxminən 20-40 faizinə toxunmamışdır. Əslində isə bu göstərici təxminən on dəfə azdır.

Xüsusilə Rusiya, Kanada və Braziliyada kifayət qədər geniş ərazilər adamların təsirindən, demək olar ki, zərər çəkməmişdir. Bu, həmin ərazilərin yaxın illərdə bərpa olunacağına ümid verir.

Tədqiqatın rəhbəri, Böyük Britaniyanın Kembric Universitetinin elmi əməkdaşı Endrü Plamptra demişdir: “Hesablamalarımız göstərir ki, itirilmiş heyvan və bitki növlərini insan fəaliyyətinin izi olmayan yerlərə dəqiq şəkildə köçürməyə başlasaq, təbiətin insan əli dəyməyən hissəsini 20 faizə çatdıra bilərik. Amma bunun üçün onların məskunlaşma yerlərini bərpa etmək və yaşamasını təhdid edən bütün mümkün təhlükələri aradan qaldırmaq lazım gələcək”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video