30 Dekabr 2011 01:12
291
İQTİSADİYYAT
A- A+

Yeni il sevincləri

 

Yeni il ərəfəsində sosial layihələrin icrası ilə gerçəkləşən dövlət qayğısı Sabirabad rayon sakinlərinin bayram sevincini ikiqat artırmışdır.

Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə 17 kənd yaşayış məntəqəsini birləşdirən uzunluğu 68 kilometr olan Sabirabad-Qasımbəyli, Narlıq-Cavad və Qəzli-Qaraqaşlı avtomobil yolu əsaslı şəkildə yenidən qurulmuşdur. Yolun 15 kilometrlik hissəsi bu ilin may ayında istifadəyə verilmişdir. O zaman bölgəyə səfər edən dövlət başçısı yolun açılış mərasimində iştirak etmişdir. Yolun qalan hissəsi də sürətlə yenidən qurulub bölgə əhalisinin istifadəsinə verilmişdir.

Rayonun Qalaqayın kəndinə təbii qaz verilməsi də yeni il ərəfəsinə təsadüf etdi. Məişət rahatlığına qovuşan kənd sakinlərinin sevinci hədsiz idi. 53 kilometrlik yolun açılışı və Qalaqayın kəndinə təbii qaz verilməsi münasibətilə keçirilən mərasimlərdə çıxış edən Sabirabad Rayon İcra Hakimyyətinin başçısı Nazim İsmayılov ölkəmizin davamlı xarakter alan dinamik sosial-iqtisadi inkişafından, respublika Prezidenti İlham Əliyevin sabirabadlılara göstərdiyi böyük qayğı və diqqətdən minnətdarlıqla danışdı. Əminliklə vurğuladı ki, Muğanın qədirbilən camaatı bundan sonra da Heydər Əliyev siyasi kursuna  sədaqətli olacaq, dövlət başçısının ətrafında sıx cərgələrlə birləşəcək, qazandıqları yeni-yeni əmək nailiyyətləri ilə ölkə iqtisadiyyatının möhkəmlənməsinə sanballı töhfələr verəcəklər.

 

Lazım QULİYEV

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video